Olimpiada -2018: artıq rekord vuranlar var
Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb. Yarış fevralın 25-ə qədər davam edəcək. 92 ölkədən olan 2500-dən çox idmançı Olimpiadaya qatılacaq.
Bütün dünyadakı idmansevərlərin çoxunun yaxın iki həftə ərzində diqqətlə izləyəcəyi Olimpiya Oyunları haqda ən maraqlı faktlar bunlardır.
Q
ış Olimpiya Oyunlarında ənənəvi olaraq ən çox diqqət cəlb edən idman növü hokkeydir. Amma NXL oyunçuları Pxençxana gəlməyəcək, bu da Olimpiadada hokkey turnirinin marağını azaldacaq. Bu idman növündə əsas favoritlər Rusiya, ABŞ, Kanada, İsveçrə və Finlandiya yığmalarıdır.
11
qat dünya çempionu, fransız Marten Furkad biatlonda birinciliyə əsas namizəd olacaq. Bu il 44 yaşı tamam olan əfsanəvi norveçli biatlonçu Uel-Eyner Borndalen Pxençxanda keçirilən oyunlarda iştirak üçün seçimi keçə bilməyib, Rusiyanın ən yüksək yerlər uğrunda mübarizəyə qadir olan bir sıra aparıcı biatlonçusu isə dopinq qalmaqalına görə Olimpiadada iştirakdan kənarlaşdırılıb.
A
merikalı Lindsi Vonn dağ xizəyi idmanının azarkeşlərinin diqqət mərkəzindədir. 2010-cu il Vankuverdə keçirilən Olimpiya Oyunlarının ikiqat mükafatçısı olan bu idmançı aldığı zədə üzündən Soçi Olimpiadasında iştirak etməyib.
C
ənubi Qafqaz ölkələrindən Pxençxana 8 idmançı gedib. Onlardan dördü Gürcüstan, üçü Ermənistan, biri Azərbaycandandır.
Cənubi Qafqazdan olan azarkeşlərin bu oyunlarda əsas ümidi fiqurlu konkiçi Moris Kvitelaşviliyə yönəlib. Az əvvələ qədər o, yarışlarda Rusiya bayrağı altında iştirak edirdi, amma 2016-cı ildən Gürcüstanın şərəfini qorumağa başlayıb.