O, əjdahadır
“Psixologiyada psixodrom texnologiyası var: əminli olmaq istəyirsənsə əminliyi, incə olmaq istəyirsənsə incəliyi oyna. Bununla da müəyyən daxili əzələ işə düşür.
İndar Cendubayev Karaçayevo-Çerkesiyadan olan rejissordur, fentezi janrında çəkilmiş “O, əjdahadır filmi ilə məşhurlaşıb. Cendubayev bu yaxınlarda Abxaziyada olub və bu səfərin nəticəsində gənc abxaz rejissorları üçün mütəmadi olaraq master-klasslar keçirmək qərarına gəlib. Bundan başqa, rejissor deyir ki, “Abxaziyada film çəkməklə bağlı maraqlı təkliflər alıb.
“Mən hələ bu barədə düşünmək üzrəyəm, çünki layihənin yaradılması prosesi asan iş deyil. Vitse-prezident Vitali Qabniya ilə görüş zamanı biz tarix mövzusunda, burada işlənib hazırlanan “Anakopiyanın divarları altında layihəsi barədə söhbət etdik. Artıq sırf kinematoqrafiya məhdudiyyətlərinə də toxunaraq, belə bir qərara gəldik ki, “Anakopiyanın divarları altında [Roman Petrozaşvilinin povesti, 1983] hələ ki, sadəcə ədəbiyyatdır, bundan layihə düzəltmək ciddi məsələdir. Bir qərara gəlmək üçün ən azı bu əsəri oxumalıyam, – İndar Cendubayev bildirib.
İndar Cendubayevin birinci ixtisası psixologiyadır. Prodakşn sahəsinə komiks yaradıcısı, teatr tamaşalarının qurucu rejissoru kimi gəlib. Kino sənayesində assistentlikdən tammetrajlı kinonun rejissoruna qədər qalxıb.
Nə peşəkar təhsili, nə də doğma respublikasında sözün əsl mənasında kino sənayesi olmayan İndar ilk abazin rejissoru oldu. Debütu olan “O, əjdahadır filmi fentezi janrında alındı, bu da rejissorun özü üçün də təəccüblü oldu.
“Mənim dünyamda fantastik filmlər – nə “Avatar, nə də “Üzüklərin sahibi varıydı. “O, əjdahadır birinci oldu.
Bir müddət sonra İndar bildirdi ki, “O, əjdahadır əslində sırf etnik motivlərə köklənib.
“Mənim filmimdə əjdaha qızı qaçırır, sonra da onunla evlənir. Əlbəttə, sonra da adətlərimizi bilməyənlərə uzun-uzadı izah etməli oluram ki, qaçırma mühüm hissə, ənənədir, hər şey elə bundan sonra başlayır.
Həmin layihənin prodüseri məşhur rusiyalı kinorejissor Timur Bekmambetov oldu, onunla Cendubayev 2011-ci ildə “Prezident Linkoln: Vampirlər ovçusu filmi üzərində işləyib.
İndan Cendubayev dörd il Hollivudda işləyib. Hazırda o, Rusiyanın video reklam və bədii film istehsalının liderlərindən biri olan BAZELEVS studiyasının (Timur Bikmambetov tərəfindən yaradılıb) rejissorudur.
Bu yaxınlarda İndar Cendubayev “O, əjdahadır layihəsinin ikinci hissəsinə başlayıb, bu dəfə Çində.
Onun sözlərinə görə, orada filmin birinci hissəsini çox yaxşı qarşıladılar – pirat versiyasına Çin saytlarından birində iki gün ərzində 5 milyondan çox adam baxıb.
İndar Cendubayev deyib ki, Abxaziyanı hələ indi özü üçün açsa da, burada özünü yaxşı hiss edir. Əslində burada təəccüblü heç nə yoxdur: abxazlar və abazinlər qohum xalqlardır , o dərəcədə ki, Abxaziyanın vətəndaşlıq haqqında qanununa görə, etnik abxazlardan başqa ancaq abazinlər avtomatik olaraq Abxaziya Respublikasının vətəndaşları ola bilər.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 06.10.2016