Nutella-nın ucuzlaşması Fransa mağazalarında xaos yaradıb
Fransanın Intermarche hiper-marketlər şəbəkəsi rəhbərliyinin Nutella şokolad pastasının qiymətinə endirim elan etməsi mağazalarda xaosa səbəb olub, İngiltərənin Guardian qəzeti xəbər verir.
Alıcılar ajiotajda bir-biri ilə söyüşüb, dalaşıb, qocaları və uşaqları itələyiblər. Bir sıra hallarda vəziyyət polis çağırılmasına qədər çatıb. Fransada ən populyar şirniyyat 70 faiz ucuzlaşdırılıb – 950 qramlıq qablaşdırmanın qiyməti 4.50 avrodan 1.40 avroya düşüb.
NPR radiosunun məlumatına görə, Fransa hakimiyyəti Intermarche mağazalar şəbəkəsinin dempinqdə ittiham olunması ehtimalını nəzərdən keçirir.