“Moskva işi”: nədən ibarətdir və qurbanları kimlərdir?
Bu yay Moskvada keçirilən etiraz aksiyaları əksərən kütləvi saxlanılmalarla nəticələnib, iştirakçılara qarşı isə cinayət işləri qaldırılıb. Onlardan bəziləri üçün məhkəmələr müxtəlif müddətə azadlıqdan məhrumetmə ilə yekunlaşıb. Təfərrüatlar haqda BBC yazır.
Etirazın səbəbi
Etirazlar Moskva Şəhər Dumasına keçiriləcək seçkiqabağı kampaniya zamanı hakimiyyət müxalif namizədləri müxtəlif bəhanələrlə qeydiyyata almaqdan imtina etməsi nəticəsində başlayıb.
Avqustun ortasına qədər hər həftə kütləvi aksiyalar keçirilib. İyulun 27-də minlərlə insan Tver küçəsinə çıxıb. Mitinqdən sonra iğtişaş törətmək və polisə müqavimət ittihamı ilə aksiya iştirakçılarının həbsinə başlanılıb. Mediada bu proses “Moskva işi” adı alıb.
Repressiya qurbanları
Müvəqqəti saxlama təcridxanasında və müttəhimlər kürsüsündə ən müxtəlif insanları görmək mümkündür: təcrübəli fəallardan təsadüfən yol keçən dəxilsiz insanlara qədər. Onlardan biri isə Twitter-də paylaşdığı bir statusa görə beş il müddətinə azadlıqdan məhrum edilib.
Ümumilikdə “Moskva işi” üzrə təqsirləndirilən, istintaq altında olan və məhkum edilənlərin sayı 24 nəfərdir.
Onlardan əksəriyyəti tələbələr, aspirantlar, menecerlər, proqramçılardır. Yalnız iki nəfəri ixtisassız əməkçidir – mühafizəçi və kuryer.
Çoxlarının yaşı 30-dan yuxarıdır. Ən kiçiyinin 21, ən böyüyünün 48 yaşı var.
Bu gün beş nəfərin işi üzrə məhkəmə yekunlaşıb.
11 nəfər istintaq altındadır. Onlar polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunurlar.
Səkkiz nəfərlə bağlı ittihamedici hökmlər çıxarılıb. Verilən cəzalar 1 il müddətinə şərti cəzadan beş il azadlıqdan məhrumetməyə qədərdir.
Maliyyə meneceri Vladislav Svints valideynlərinin dinc etiraz aksiyalarında sərgilədiyi hədsiz qəddarlığa görə polis əməkdaşlarının uşaqlarının nifrət obyektinə çevrilə biləcəyi ilə bağlı paylaşdığı tvit üzündən beş il müddətinə azadlıqdan məhrum edilib.