Monteneqroda baş tutmayan çevriliş cəhdində Rusiyanı günahlandırıblar
Paylaşmaq
Paylaşmaq
2016-cı ildə Monteneqroda baş verən qiyamın hazırlanmasında Rusiya hakimiyyətinin də əli var. Qəsdin məqsədi Balkan dövlətinin NATO-ya daxil olmasının qarşısını almaq olub. Bunu ötən ilin oktyabrında ölkədə baş vermiş dövlət çevrilişi cəhdini araşdıran Monteneqronun xüsusi prokuroru Milivoye Ktniç bazar günü, fevralın 19-da bildirib.
“Daha əvvəl əlimizdə qiyamın arxasında Rusiyanın millətçi strukturlarının dayandığına dair dəlillər vardı, indi isə müəyyən səviyyədə Rusiyanın dövlət orqanlarının da bu işə daxil olduğu ilə bağlı sübutumuz var”, – prokuror bildirib.
Alman dalğasının məlumatına görə, Katniç bəyan edib ki, Rusiya dövləti mövcud sənədlər əsasında cinayət işi qaldırıb, araşdırma aparmalıdır.
Eyni zamanda ABŞ və Böyük Britaniya da daxil olmaqla “dost ölkələrin” kəşfiyyat xidmətlərinin köməyilə əldə olunmuş istintaq məlumatlarına görə, serb millətçisi Aleksandr Sinceliç “Rusiya hərbi strukturları” tərəfindən Moskvaya dəvət olunub və ondan Monteneqronun NATO-ya daxil olmasının qarşısını almaqda yardım etməsi istənilib – bu, qiyamın hazırlanması üçün əsas səbəb olub, deyə Katniş qeyd edib.
Monteneqro Prokurorluğu çevrilişin hazırlanmasında 25 nəfəri şübhəli bilir, onların əksəriyyəti serb millətçiləridir, aralarında iki nəfər də Rusiya vətəndaşı var – Vladimir Popov və Eduard Şirokov (Şişmakov) – ehtimal olunan əsas təşkilatçı.
Ötən ilin oktyabrında çevrilişin təşkilində şübhəli bilinənlər həbs ediləndən sonra sui-qəsdçilərin planı da dərc olunmuşdu. Plana əsasən hökumət rezidensiyası, bir sıra hakimiyyət nümayəndələrinin həbsi, hətta məhv edilməsi nəzərdə tutulmuşdu.
Monteneqronun NATO-ya daxil olması haqda protokol ötən ilin mayında Brüsseldə imzalanıb. Ölkə labüd proseduraları keçəndən sonra 2017-ci ilin ortalarında Alyansın tamhüquqlu üzvü olacaq.