Monteneqro yaxın iki ay ərzində NATO-ya üzvü olmaq niyyətindədir.
2017-ci ilin may ayında Brüsseldə NATO-nun növbəti sammiti keçiriləcək. Monteneqro ümid edir ki, o vaxta qədər alyansın bütün üzvləri Balkan ölkəsinin üzvlüyünü ratifikasiya edəcəklər. Bu barədə Monteneqronın xarici işlər naziri Srdjana Darmanoviç məlumat verib.
28 tərəfdaşdan artıq 27-si balkan ölkəsinin NATO-ya qəbulunu ratisifikasiya edib. Ancaq İspaniya qalıb. ABŞ-ın təsdiqi zəruri idi və 28 mart tarixində ABŞ konqresinin senatı Monteneqronın xeyrinə olan bəyənnaməni təsdiqləyib.
Darmanoviçin sözlərinə görə Rusiya hal-hazırda da ölkənin alyansa girişini əngəlləməyə çalışır.
Daha öncə KİV-lər Britaniya və ABŞ-ın Monteneqroda uğursuz olan çevriliş cəhdində Rusiyanın əli olduğuna dair sübutlara malik olduğu haqqında məlumat vermişdilər.
Böyük Britaniyanın xarici işlər nazirliyinin nümayəndələri rəsmi olaraq bəyan etmişdilər ki, hökümətə qarşı sui-qəsdin təşkilinin arxasında Rusiya vətəndaşları dayanır.Amma onlar təşkilatçıların Kremllə əlaqələri olduğunu təsdiqləməmişdilər.
Həm də bildirilirdi ki, Monteneqlo hakimiyyəti ölkədə silahlı çevrilişin təşkili cəhdində şübhəli bilinən iki Rusiya vətəndaşının İnterpol xətti ilə beynəlxalq axtarışa verib.