Azərbaycan manatının dizaynı dəyişdi
Azərbaycan Mərkəzi Bankı yenilənmiş 1, 5 və 50 manatlıq pul əsginaslarını tədavülə buraxıb. Bankdan bildirildiyinə görə, əsginaslarda dəyişən yalnız dizayn deyil, eyni zamanda onların mühafizə sistemləri də təkmilləşdirilib.
- Azərbaycan mentaliteti: 5 yaxşı və 5 pis cəhət
- Azərbaycan 2020-ci ildə: nələr yaşanıb?
- 75 günə bir cüt corab: Azərbaycanda yeni yaşayış minimumu – Bakıdan şərh
Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq.
Hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcək.
Azərbaycan manatı müstəqil respublikanın pul nişanı kimi 1992-ci ildən dövriyyəyə buraxılıb. 2006-cı ildə 5000:1 nisbətində denominasiya haqqında qərar verilib və dövriyyəyə yeni manat əsginasları daxil olub. Həmin vaxtdan manat əsginaslarının dizaynında dəyişiklik edilməyib.