Azərbaycanda koronavirus vaksinasiyası başlayır: amma hansı vaksinlə?
Azərbaycanda koronavirusa qarşı vaksinasiyastrategiyası hazırlanıb, əhalinin tüğyan edən infeksiyaya qarşı vaksinasıyasının başlaması üçün ancaq hökumətin təsdiqləməsi qalıb. Amma hakimiyyət hələlik əsas suala cavab vermir: ölkədə hansı vaksindən istifadə olunacaq?
Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, ölkədə vaksinasiya pulsuz aparılacaq.
“Birinci növbədə risk qrupuna daxil olan şəxslər vaksin alacaq, siyahının başında da tibb işçiləri gəlir”, – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı qeyd edib.
Onun sözlərinə görə, vacibliyinə görə ikinci yerdə olan risk qrupu 65 yaşdan yuxarı insanlardır. “Birinci mərhələdə bütün Azərbaycan əhalisinin 10 faizinə peyvənd vurulacaq”, – Bayramlı əlavə edib. İkinci mərhələ respublika sakinlərinin xeyli daha çox hissəsini əhatə edəcək.
TƏBİB rəhbəri bildirib ki, hazırda Azərbaycana COVID-19 virusuna qarşı bir necə növ vaksin əldə etmək təklif olunub. “Hələlik mövcud olan 30 vaksindən yalnız yeddisi kliniki sınaqların üçüncü mərhələsindədir. Biz beş vaksinlə bağlı məlumatları izləyirik”, – o qeyd edib.
Pandemiya başlayandan Azərbaycanda ümumilikdə 183.259 nəfər koronavirusa yoluxub. Onlardan 2007 nəfər ölüb, 119005 nəfər sağalıb.