Ötən sutka ərzində AzərbaycandaCOVID-19 virusundan üç nəfər ölüb və 367 yeni yoluxma halı qeydə alınıb.
Daha 156 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya əsasən ölkədə yoluxanların ümumi sayı 10324 nəfərə çatıb, onlardan 122 nəfər ölüb, 5739 nəfər sağalıb.
4463 nəfərin müalicəsi davam edir.
Nazirlər Kabineti yanında Operativ Qərargah hələ də yoluxanların sayının artmasını karantin qaydalarına riayət etməyən vətəndaşların məsuliyyətsizliyi ilə izah edir. Vətəndaşlar isə öz növbələrində hakimiyyətin virusla mübarisə məqsədilə gördüyü tədbirlərdən narazıdır. Əsasən də bu dövrdə təcili yardımın necə işləməsi və evdən çıxmağın tam qadağan olduğu ikigünlük sərt karantin (bu qədbir artıq iki dəfə tətbiq olunub) insanlarda qəzəb doğurur.