Karantin yumşaldılandan dərhal sonra bakılılar küçələrə axışıblar - FOTOREPORTAJ
Fevralın 1-də Bakıda və Azərbaycanın digər şəhərlərində koronavirusa yoluxma hallarının çoxalması səbəbilə 2020-ci il dekabrın 14-dən tətbiq edilən bir çox məhdudiyyətlər aradan qaldırılıb. Kafe və restoranlar, mağazalar açılıb. Amma bəzi məkanlar hələ də bağlı qalır.
Bakıda teatrlar, kinoteatrlar, böyük ticarət mərkəzləri və metro işləmir. Onların açılacağı tarix hələ məlum deyil. Şənbə və bazar günləri ictimai nəqliyyat da işləmir – avtobusların bu rejimdə hərəkəti 2021-ci il martın sonuna qədər davam edəcək.
Bakı sakinləri artıq küçələrə axışıblar, təxminən 50 günlük fasilədən sonra kafe və restoranlar müştərilərini qəbul edib.
ÜST təmsilçisindən xəbərdarlıq
Amma həkimlər karantin tədbirlərinin yumşaldılmasına ehtiyatla yanaşırlar.
“Məhdudiyyətlər götürülən kimi yoluxanların sayı yenə artmağa başlayacaq”, – Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ölkə sakinlərinə xəbərdarlıq edib.
Vaksinasiyanın ikinci mərhələsi
Bugün ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə start verilib. Çin istehsalı olan CoronaVac ilə vaksinasiyanın birinci mərhələsində tibb işçilərinin 70 faizinə peyvənd vurulub.
İkinci mərhələ 50 yaşdan yuxarı və heç olmasa bir xronoloji xəstəliyi olan insanların, o cümlədən də əhali ilə təmasda olan bütün müəssisə əməkdaşlarının vaksinasiyasını nəzərdə tutur.