Koronavirusun riyaziyyata əngəl ola bilmədiyi haqda hekayə
Validə hazırlıq kurslarında yuxarı sinif şagirdlərinə riyaziyyat dərsini tədris edir. Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunandan sonra bütün təhsil müəssisələri bağlanıb. Amma həm dövlət, həm də özəl məktəblər, o cümlədən də universitetlər tezliklə onlayn təhsilə keçib.
“Konkret mənim işimdə karantin həlli olmayan problemə çevrilmədi, mən onlayn dərs keçə bilirəm, ev tapşırığı verə və yoxlaya bilirəm.
Sadəcə şagirdlərlə heç şəxsi görüşlər olmadan kədərlidir, amma dəhşətli bir şey yoxdur, dərslər stabil şəkildə, qrafikə uyğun gedir, hər şey öz qaydasındadır.
Mən hətta onlayn dərslərin müsbət tərəflərini də tapdım, elə uşaqlar da. Karantin bir çox uşaqlara və valideynlərə kömək elədi ki, bunun da bir variant olduğunu, həm də heç də pis variant olmadığını dərk etsinlər. Bəzi valideynlər şikayətlənirlər ki, onlayn dərslər onların işinə mane olur, məsələn, evdə əgər bir kompüter varsa.
Amma burda edəcək bir şey yoxdur: onlar sadəcə seçim etməli olacaqlar – ya bütün bunlar bitənə qədər uşaq oxumayacaq, ya da öz qrafiklərini uşağın dərs qrafikinə uyğunlaşdırmalı olacaqlar. Bizdə daha bir opsiya da var: əgər kimsə iştirak edə bilmirsə, sonrada dərsin videosunu ona göndərmək olur, o da suallarını verə bilir, məsələn, çatla.
- “Çıxan kimi yoldaşımı çoxlu öpəcəm” – Gürcüstanda karantindən yeddi hekayə
- Cəlilabad xəstəxanasından hekayə: “Yaxşı ki bütün bunları öz gözümlə gördüm”
Əlbəttə, şagirdi heç olmasa həftədə bir dəfə görəndə daha rahatdır ki, şəxsən onunla danışa biləsən. Belə isə çatda üstünə düşməli olursan: nə oldu, tapşırığı yerinə yetirdin, ya yox?
Digər tərəfdən mən başdan motivasiyalı adamı hər hansı texniki problemlərin dayandırdığı hallarını xatırlamıram – kompüteri, öz otağı yoxdu və sairə. O, onsuz da oxuyacaq, pandemiyaya və bütün bunlara baxmayaraq.
Mənim şagirdlərimi ən çox qeyri-müəyyənlik və buraxılış imtahanlarının daima ertələnməsi narahat edir.
Mənim yeganə problemim odur ki, evdə işləyəndə fikrimi toplamaq çətin olur. Əvvəllər mən həmişə bundan ötrü harasa çıxırdım, indi isə variant yoxdur, ya belə, ya heç cürə.
Öz intizamım üzərində işləməli oluram. Çətindir, amma alınır.
Çətinliklər haqda danışsaq əgər, məsələn, mən hər gün çoxlu piyada gəzməyə alışmışam, indi də orqanizmim tələb edir.
İlk zamanlar çalışırdım ki, ümumiyyətlə evdən çıxmayım – sözün düzü, bu sadəcə dəhşətdir. Sonra isə alışırsan.
Yaxşı şeylərdən danışsaq, daha orda-burda yeməyə pul xərcləmirəm, özüm hazırlayıram və sən demə, bu, əməlli-başlı pula qənaət edirmiş.