Şimali Osetiyadakı Balta kəndində yaşayan uşaqlar kompüter oyunlarına aludə deyillər, boş vaxtlarını da küçədə keçirirlər. Burada onlar əvvəlcə poz verdilər, sonra da arxamca qaçıb, soruşdular:
“Bəs bizim şəklimiz hanı?”
Əlində badminton “raketkası” olan isə xahiş etdi:
“Mənim şəkilimi, zəhmət olmasa, anama verin, evimiz döngədən sonra ikinci evdir”.
Baltada cəmi bir məktəb var, amma orada 11 millətdən olan uşaqlar təhsil alır.