4-cü cəhd: bu dəfə Qarabağda müharibəni İran dayandırmağa çalışacaq
“Yaxın günlərdə İran Qarabağ münaqişəsinin tam nizamlanması üzrə öz təşəbbüsünü irəli sürəcək”, – İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib.
Nazir müavini Abbas Arakçi oktyabrın 27-də Bakıya gəlir. Bundan sonra o, Moskva, Yerevan və Ankaraya səfər edəcək. Səfərlərin məqsədi “İranın planını” təqdim etməkdir.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar
Nizamlama planının hər hansı detalı məlum deyil. İranın XİN rəhbəri sadəcə münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq sülh danışıqları yolu ilə nizamlanmasının vacib olduğunu bildirib – Türkiyənin “Anadolu” agentliyi məlumat verib.
2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayandan ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, Fransa və ABŞ sıra ilə münaqişə zonasında humanitar atəşkəs elan etməyə çalışıb. Üç cəhdin üçü də müvəffəqiyyətsiz olub.
• Qarabağda atəşkəs: üçüncü humanitar həmçinin pozulub?
• Azərbaycan-Ermənistan sərhədində eskalasiya – münaqişənin yeni mərhələsi?