Əvvələr Dzaus, Sba, Brıtat, Edıs və Erman rayonlarının kəndlərinə ancaq piyada getmək mümkün idi. Cavadan maksimim 5 kilometr kələ -kötür yolla maşınla gedib, lakin sonra yoldakı çala – çuxuru, yağış yağanda dizə qədər çıxan palçığı görüb, maşını elə yoldaca saxlayıb kəndlərə piyada gedirsiz. Yada yerli əhali arasında tanıdığınıza varsa, atlada kəndə qalxa bilərsiz.
Rayon rəsmiləri bildirmişdi ki, yolun əsas hissəsini abadlaşdırıblar. Yolun 18 metrlik hissəsi təmizlənib, genişləndirilib, çınqıl və digər dağ mənşəli suxurlarla örtülübdür.
İndi bu yolla minik maşını hərəkət edə bilər.
Edıs kəndinə Ermana aparan yol ilə getmək olar, bu Rukadan 10 km uzaqlıqdadır. Sba, Brıtat, Çeliat kəndlərinə isə əsas yoldan ayrılan əlavə 3 kilometrlik yollar çəkilib.
Dzaus rayonunun başçısı Vladimr Kelexsayev bildirmişdir ki, bu arzuların reallşadırılması yolunda ilk addımlardır. Bu kəndin daimi əhalisi azdır, adətən yay aylarında bura gəlirlər. Əvvələr yerli əhali heyvadarlıqla məşqul olur, öz düzəltdikləri süd və pendiri satırdılar, indi isə burdakı evlər yalnız bağ evi kimi istifadə olunur.
İnsanların burada yaşayıb, təssərüfatı yenidən dirçəltməsi üçün kəndə qaz, elektrik, rabitə, çayların üstündə tikiləcək körpülər lazımdır. “Dağ kəndlərinin əhalisi hələlik bu siyahıda sadalananlardan yalnız yolun varlığı ilə qənaətlənməlidirlər. Lakin, bu hələ başlanğıcdır. Mən əminəm ki, bizim səylərimiz boşa çıxmayacaq və insanlar bu ərazilərə qayıdacaqlar.- Kelexsaev deyir.