Harvi Vaynşteyn haqda hökm: 23 il həbs cəzası
Hollivudun məşhur prodüseri, Oskar mükafatlı Harvi Vaynşteyn 23 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum eidlib. O, andlılar məhkəməsi tərəfindən seksual cinayətlərdə təqsirli bilinib.
Ümumilikdə məhkəmə Vaynşteyni seksual zəmində cinayətlərdə günahlandıran 80 qadının ifadəsini dinləyib. O, iki epizod üzrə – seksə zorlama və təcavüzdə günahkar bilinib.
Vaynşteynin çöküşü 2017-ci ildə bir neçə Hollivud aktrisası The Newyorker və The New York Times nəşrlərinə onun tərəfindən peşə karyerası ilə şantaj edilərək seksə məcbur edilməsi və ya təcavüzə uğraması haqda danışandan sonra başlayıb. Bu aktrisalar arasında Ancelina Coli və Qvinet Peltrou kimi ulduzlar da var.
Bu məqalələr dərc olunandan sonra Vaynşteynə qarşı cinayət işi qaldırılıb, o, sahibkarı olduğu “Miramax” şirkətində bütün vəzifələrdən istefa verməli olub, arvadı onunla boşanıb.
Harvi Vaynşteynin çöküş hekayəsi eyni zamanda Metoo hərəkatının çiçəklənməsi hekayəsidir. Bu hərəkat 2006-cı ildə seksual zorakılıq qurbanı olan qadınları dəstəkləmək üçün ictimai fəal və yazıçı Turuna Berk tərəfindən yaradılıb.
Amma qlobal məşhurluğu bu hərəkat 2017-ci ildə Alissa Milano Twitter hesabından qadınları məruz qaldıqları zorakılıq hekayələrini danışmağa və bu hekayələri #metoo heşteqi ilə paylaşmağa çağırandan sonra qazanıb.
MeToo fəalları onilliyin əsas insanları arasında
Türkiyə – uşaqlara qarşı cinsi zorakılıq
Yeniyetmələr seks haqda danışmaq istəyir, amma maarifləndirmə olmadan hər şey pisdən lap pisə doğru gedir