Hamı üçün idman: Ermənistanda Street-workout. Videobloq
Street-workout Ermənistanda yeni hal deyil. 2013-cü ildən hər bazar günü küçələrdə məşq edən insanları görmək mümkündür. Ermənistanda Street-workout federasiyasının rəhbəri Artur Harutyunyan deyir ki, buna baxmayaraq, hələ də onların məşqləri çoxlarına qəribə gəlir, insanlar təsəvvür etmirlər ki, idmanla necə küçədə məşğul olmaq mümkündür. Qızlar bu cür məşqlərlə az maraqlanırlar, fitnes-klublara üstünlük verirlər. Amma yenə də son illərdə çoxları bu hərəkata qoşulub.
Qalan təfərrüatlar videobloqda.