“Hər zaman istəmişəm üzlərdə gülüş yarada bilim”. Aktyorun foto-hekayəsi
ƏSA teatrının aktyoru
Aytən Hümbətova
Azərbaycanda əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrın – ƏSA Teatrının gənc aktyoru Elvin Mirzəyev “kim olacağı” ilə bağlı fikrini çox dəyişsə də, sonra aktyorluq sayəsində bütün peşələri özündə birləşdirə biləcəyi qənaətinə gəlib. İndi o, səhnədə ən müxtəlif peşə sahibi insanları canlandırır.
- Qalayçılar və misgərlər Bakıda – unudulmuş sənətləri yaşadanlar
- Ümid yolu. Qrız sakinləri həm kəndlərini, həm dillərini xilas etməyə çalışırlar
- Qəzet mətbəəsində keçən 30 il

Səhnə, işıqlar, qırmızı pərdələr və tamaşaçı alqışı… Elvin Mirzəyev üçün bütün bunlar doğmadır. O, növbəti dəfə səhnədə Con Steynbekin “Adamlar və Siçanlar” tamaşasındakı obrazını canlandırmaq üçün hazırlaşır.

“Mən həmişə özümü fərqli-fərqli sahələrdə görmüşəm. Bir gün həkim olmaq istəmişəm, bir gün müəllim. Sonda aktyor oldum. Düşündüm ki, aktiyorluqda bütün peşələri özümdə cəmləyə bilərəm”, – 26 yaşlı gənc aktor deyir.

Elvin uşaq vaxtı dostları ilə səhnəciklər qurub tamaşa göstərməyi çox sevdiyindən danışır. Sonradan başqa peşələrlə bağlı xəyalları olsa da, bir də baxıb ki, yaradıcılığa olan həvəsi onu teatra gətirib çıxarıb. O, indi bütün həyat eşqini işıqlı səhnədə tapır.


Elvinin səhnəyə gəlişi ƏSA teatrı ilə bağlıdır. Rejissor Nihad Qulamzadə tərəfindən 2016-ci ildə qurulan ƏSA Azərbaycanda əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrdır. Elvin bu teatrın səhnəsində bir çox obrazları canlandırır.


Bir azdan tamaşa başlayacaq. Vaxt var. Hələlik Elvin aktyor dostları ilə hazırlıq otağında istirahət edir


“Adamlar və Siçanlar” tamaşası. ƏSA Teatrı, Akademik Rus Dram Teatrının səhnəsi. Səhnədə Elvin Mirzəyev baş rolları həmkarı Elşən Əsgərovla paylaşır.



ƏSA Elvinin təkcə aktyor bacarıqlarını sərgilədiyi məkan deyil. O teatrın kollektivində çox dəyərli dostlar qazanıb.


“Həyatda mümkün olmayan heç nə yoxdur. Mən hər zaman istəmişəm insanların üzündə gülüş yarada bilim. Çünki dünyanı gülüş xilas edəcək”.