Gürcüstanda işqabiliyyətli yaşda olan insanların ikisindən biri işsizdir
2020-ci ilin dördüncü rübündə Gürcüstanda işsizlik 3,8 faiz artaraq 20,4 faizə çatıb.
İşləyənlərin ümumi sayı 79 minə enib.
2020-ci ilin dördüncü rübündə Gürcüstanda yetkin yaşda olan əhalinin tam yarısı işləyirdi. Bu isə o deməkdir ki, işqabiliyyətli yaşda olan insanların ikisindən biri işləmir və/və ya iş axtarır.
- Cəmi bir sutkada 50 min Gürcüstan vətəndaşı Almaniyada işləmək üçün qeydiyyatdan keçib
- Polşa Gürcüstan vətəndaşları üçün işin olduğu ölkədir
Milli Statistika İdarəsinin məlumatına əsasən, bu, 2018-ci ilin birinci rübündən bəri ən yüksək işsizlik səviyyəsidir.
Qadınlardan təxminən iki dəfə çox kişi iş axtarır
Cinsindən asılı olaraq işləmək istəyən işqabiliyyətli yetkin insanların tərkibi dəyişir.
2020-ci ilin dördüncü rübündə sorğu edilən qadınların 39,5 faizi, kişilərin isə 62 faizi iş üçün müraciət edib.
Milli Statistika İdarəsinin məlumatına əsasən, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1 faiz azalıb.
Bu, son 26 ildə, yəni 1994-cü ildən bəri rekord enişdir.
Üstəlik bu kəsir 2008-ci ildə qlobal iqtisadi eniş və Rusiya-Gürcüstan arasındakı avqust müharibəsi fonunda baş verən son böhrandan daha böyükdür. O zaman Gürcüstan iqtisadiyyatı 3,65 faiz azalmışdı.
Hazırkı böhranın əsas səbəbi koronavirus pandemiyası və bununla əlaqədar tətbiq olunan məhdudiyyətlərdir.
Gürcüstanda koronavirus pandemiyasına görə məhdudiyyətlər 2020-ci il noyabrın 28-dən tətbiq olunub. 2021-ci il fevralın 1-dən qadağalar tədricən aradan qaldırılmağa başlayıb – ictimai nəqliyyat, məktəblər, bazarlar və yarmarkalar, o cümlədən restoran və kafelərin açıq məkanları işləməyə başlayıb.
Amma indiyə qədər ölkədə komendant saatı qüvvədədir. Həmçinin istirahət günlərində ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlı olur, ictimai nəqliyyat da işləmir.