Gürcüstanda artıq koronavirusa 12 yoluxma halı təsdiqlənib
Yenilənir
12.30, 7 mart 2020
Bu ana olan məlumata görə, xüsusi hökumət saytına əsasən, Gürcüstanda koronavirusa yoluxmanın artıq 12 halı təsdiqlənib.
Hazırda Gürcüstanda 140 nəfər karantindədir.
Xəstələnənlərdən biri – Nikoloz Qamkrelidze, Xəstəliklərə nəzarət milli mərkəzinin direktorunun oğludur. O özü həkimdir və “Evex” klinikasına rəhbərlik edir.
Qamkrelidze özünün “Facebook” səhifəsində yazıb ki, İtaliyaya səfərdən qayıtmış həmkarı ilə ünsiyyətdə olub və koronavirusa yoluxub.
• koronavirus riski yüksək olan ölkələrdən qayıdan əməkdaşları işə buraxmırlar
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar. Video
• Koronavirus haqqında hər şey
Bu yoluxma halı Gürcüstanda virusun ölkə daxilində bir nəfərdən digərinə keçməsinin ilk halı olub. İndiyə kimi bütün xəstələnənlər İtaliyaya və ya İrana səfərlərdən qayıdanlar idi.
“Evex” klinikasının virus daşıyıcısına çevrilmiş əməkdaşı (onun adı hələlik açıqlanmır) İtaliyada bir neçə gün keçirib və martın 1-də Tbilisiyə qayıdıb. Ertəsi gün o, işə gəlib və burada ümumi yığıncaq keçirib. Nikoloz Qamkrelidze də həmin görüşdə iştirak edib.
Ertəsi gün həmin əməkdaşın vəziyyəti pisləşib və ona koronavirus diaqnozu qoyulub.
Onunla birlikdə İtaliyada olmuş beş dostu da koronavirusa yoluxub.