Gürcüstanda aprelin 1-ə qədər tədris prosesi dayandırılıb
Koronavirusun yayılmasının qarşısını almaq üçün məktəblərdə tətil aprelin 1-ə qədər uzadılıb. Müvafiq qərar Baş nazir yanında yaradılan Koronavirusa qarşı Mübarizə üzrə Koordinasiya Şurası tərəfindən qəbul edilib. Əvvəlcə qərar martın 4-dən, 16-a qədər olan dövrü əhatə edirdi. Həmin günlərdə məktəblərdə dezinfeksiya işləri aparılmalı idi. Amma ölkədəki vəziyyəti nəzərə alaraq tətilin uzadılması qərara alınıb.
•Gürcüstanda artıq 23 nəfər koronavirusa yoluxub
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar