Gürcüstanda 15 nəfər koronavirusa yoluxub. Ətraflı icmal – virus mənbələri və potensial təhlükə
Gürcüstanda daha iki koronavirusa yoluxma halı qeydə alınıb.
Beləliklə, xəstələrin ümumi sayı 15 nəfərə çatıb. Daha 141 nəfər karantin altında saxlanılır, 51 nəfər isə klinikalarda həkim nəzarətindədir.
Ağciyərlərin ikitərəfli iltihabı diaqnozu qoyulan iki pasiyentin vəziyyəti nisbətən daha ağırdır.
Xəstələrin 15-i də Gürcüstan vətəndaşıdır. Onlardan ikisi İranda yoluxub, qalan 13 halda isə yoluxma İtaliya ilə bağlı olub.
Yalnız iki halda xəstələri sərhəddə aşkarlamaq mümkün olub. Qalanlar isə əlamətlər özünü biruzə verəndən sonra klinikalara müraciət ediblər. Əsasən onların heç biri nə karantin altında, nə də özünütəcrid rejimində olmayıb.
Xəstələnənlərdən heç biri yaşlı deyil, yəni yüksk risk qrupuna daxil deyillər. Koronavirusa yoluxanlar haqda bütün rəsmi informasiya operativ şəkildə stopcov.ge hökumət saytında yerləşdirilir.
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar
•Gürcüstan: turist yoxdur, mehmanxanalar müflisləşmə həddindədir
•Koronavirus Gürcüstan iqtisadiyyatına zərbə vurur