“Bu, kasıb insanların diskriminasiyasıdır” – Gürcüstanda ictimai nəqliyyatın işləməsini tələb edirlər
Yeddi qeyri-hökumət təşkilatı fevralın 1-dən bütün Gürcüstan şəhərlərində ictimai nəqliyyatın hərəkətinə icazə verilməsi tələbi ilə hökumətə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinə müraciət edib.
Müraciət müəllifləri hesab edirlər ki, hökumət müvafiq tədbirləri – məsafəni, dezinfeksiyanı, nəqliyyatda sərnişinlərin sayını təmin etməlidir, daha qadağa qoymamalıdır.
Qeyri-hökumət təşkilatları ictimai nəqliyyatın qadağan olunmasını əhalinin varlı olmayan təbəqəsinə (hansı ki, Gürcüstanda çoxluqdur) qarşı birbaşa diskriminasiyadır:
“İstənilən halda öz maşınında hərəkət edənlər belə bir imkanı olmayanları tamam görməzdən gəlirlər”, – bəyanatda deyilir.
- Gürcüstanda nə zaman və hansı peyvənd vurulacaq? Bu ana qədər məlum olanlar
- Azərbaycan koronavirusa qarşı vaksinlə bağlı seçimini edib
Müraciəti imzalayanlar:
Tbilisi Velosipedçilər Klubu, Yol Hərəkətinin Təhlükəsizliyi Naminə Tərəfdaşlıq Fondu, “Yolda gəzinti”, “Şəhər laboratoriyası” və “Yaşıl qütb” qeyri-hökumət təşkilatları, “Mənim şəhərim”, “Təhlükəsiz Yollar Naminə Gürcüstan Alyansı” hərəkatları.
Koronavirus pandemiyasına görə məhdudiyyətlər Gürcüstanda noyabrın 28-dən qüvvədədir, o cümlədən də 21:00-dan 5:00-a qədər komendant saatı tətbiq edilib və ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hakimiyyət məhdudiyyətləri yanvarın 18-də ləğv edəcəyini vəd etmişdi, amma fevralın 1-ə qədər uzatdı.
Nəqliyyatın hərəkəti ancaq koronavirus testlərinin müsbət nəticələri ümumi test sayının beş faizindən çoxunu təşkil etdiyi zaman bərpa olunacaq – səhiyyə nazirinin müavini Tamar Qabuniya jurnalistlərə bildirib.
Yanvarın 16-da koronavirusa 1 236 yeni yoluxma halı qeydə alınıb, daha 23 nəfər vəfat edib. Pandemiya başlayandan ümumilikdə 247 025 nəfər yoluxub, onlardan 2 916 nəfər ölüb, 231 385 nəfər sağalıb.