Gürcüstan baxmağı təklif edir
Abxaziya sakinləri bu günlərdə adi antenalı televizorları quranda belə, adət etdikləri kanallar siyahısına eyni zamanda 20 gürcü kanalının də əlavə olunduğunu görürlər. “Эхо Кавказа saytının yazdığına görə, yayımı gürcü şirkəti “Stereo+ təmin edib.
Şirkətin yaradıcısı David Zilpimianinin sözlərinə görə, “Stereo+ tenderi udub və Gürcüstanın rəqəmsal televiziyaya keçidi layihəsi üzərində işləyib. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən dəstəklənib və 18 milyon avro dəyərində olub. Amma Abxaziya və Cənubi Osetiya ərazisində yayım layihəyə daxil deyildi və bu, “Stereo+un birtərəfli xoş niyyətli jestidir, çünki şirkətin dövlət qarşısında [belə bir] öhdəliyi yoxdur.
Əvvəllər ancaq Abxaziyanın şərqindəki bir neçə kəndə gürcü kanallarının zəif siqnalı çatırdı. Hazırda isə Zuqdidi rayonunda gürcü retranslyasiya stansiyası quraşdırılıb, onun da siqnalı Oçamçira rayonunu bütün ərazisini, eyni zamanda Tkvarçeli və Qulripş rayonlarının Dranda kəndinə qədər sahəsinin bir hissəsini əhatə edir.
Abxaziya sakinləri Abxaziyanın efirində gürcü kanallarının peyda olunmasını fərqli şəkildə dəyərləndirirlər.
Jurnalist və ictimai xadim Nadejda Venidiktova bunu mənasız sayır:
“Gürcü kanallarına baxmaq istəyənlər bunu internet vasitəsiylə də edə bilərlər. İstəməyənlər isə bunu adi antena ilə də etməyəcəklər. Bu, Gürcüstan tərəfindən edilən tamamiylə mənasız bir təşəbbüsdür.
Jurnalist Roin Aqrba hesab edir ki, həmin kanallar Qal rayonunun sakinlərindən başqa heç kimə lazım deyil.
“Axı digərləri sadəcə dili bilmirlər. Mən bu kanallara baxmışam. Hətta dəmir əsəbləri və kifayət qədər tolerant insan olan məni belə bu görüntü özündən çıxarırdı. Buna görə də mən sadəcə peyk antenasını söndürmək qərarına gəldim.
Madlena Xuroşvili:
“Bu əladır, əsası odur ki, heç kim gürcü kanallarını Abxaziyaya qarşı hibrid mübarizəsinin aləti adlandırıb, onları söndürməyi təklif etməsin. Evimizdə peyk antenası gürcü kanalını tutur, dili bilmədiyim üçün baxmıram, amma tərcümə olsaydı, bəlkə də baxardım. Amma unutmaq lazım deyil ki, əksər yaşlı nəslin nümayəndələri gürcü dilini başa düşürlər.
«Это здорово, главное, чтобы никто не назвал грузинские
Alxas Çkotua:
“Əgər bu kanallarda əsas fikir ondan ibarət olacaq ki, Abxaziyada hər şey pis, Gürcüstanda isə hər şey yaxşıdır və Abxaziya mütləq Gürcüstanın tərkibinə keçməlidir, onda bu kanallar mənasızdır. Yox, əgər bu kanallar Gürcüstanda insanların həyatı, hansısa maraqlı hadisələr barədə danışacaqsa, onda niyə onlara baxmayaq ki? Müxtəlif fikirlərin sayəsində bizim öz, obyektiv yanaşmamız formalaşır. Burada təhlükəli heç nə görmürəm.
Marianna Açba:
“Abxaziya rəhbərliyi bizim iki kanalın da Gürcüstanda yayımlanması barədə düşünə bilərdi. Niyə də ki yox? Qoy bu da xoş niyyət jesti olsun.
Aditsa Samandjiya:
“Onların haqqında nə görmək, nə də eşitmək istəyirəm. Onların xoş niyyəti artıq 1992-1993-cü illərdə olub.
Alla Çakryan (Dranda kənd sakini):
“Bu kanalların olub-olmamağı mənə maraqlı deyil. Mənə mane olmurlar onlar.
Mziya Mukba:
“Mən dəqiq baxmayacağam. Əlbəttə ki, onların yayımını sərhədi bağladığımız kimi bağlamaq lazımdır. Onların kanalları siyasiləşdirilmiş olmasalar belə baxmaq istəmirəm, onlarsa mütləq siyasiləşdirilmiş olacaq, yoxsa bu addımı boş yerə atmayıblar ki.
Abxaziya Dövlət Teleradio Şirkətinin baş direktoru Leonid Yenik Abxaziyada iyirmi gürcü kanalının olması xəbərini təəccüblə qarşıladı:
“Abxaziyada gürcü kanallarının yayımlanacağını ilk dəfədir eşidirəm. Qal rayonunda bəzi gürcü kanallarının yayımlandığını və sakinlərin onları məmnuniyyətlə baxdığını bilirəm. Bir vaxtlar burada heç bir gürcü kanalının yayımlanmaması üçün blok qoymaq istəyirdilər. Amma kanalların söndürülməsi məsələsi bizim səlahiyyətimizdə deyil, bu məsələlər dövlət səviyyəsində həll olunur.
Hazırda Abxaziya ərazisində 18 gürcü kanalını izləmək olar. İkisi müvəqqəti olaraq bağlanıb.
- IMEDI
- GDS
- RUSTAVI-2
- MARAO TV (əyləncə)
- TABULA
- COMEDI TV – (əyləncə)
- OBIEQTIVI (müzakirə)
- PALITRA NEWS
- 1-й əyləncə
- ИМЕДИ+ (əyləncə)
- MAESTRO TV
- IBERIA
- SILK UNIVERSAL (əyləncə-idman)
- Stereo+ (musiqi)
- Georgian TV (əyləncə)
- TV-1 (əyləncə)
- Стерео-1 (əyləncə)
- Pravoslav telekanalı
[Image_27f8df557de7411a805a612d48352ac0]
Məqalədəki fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 13.05.2016