Gürcüstan Batumi və Kutaisini açır
Gürcüstanın koronavirus pandemiyası səbəbindən bağlanmış iki böyük şəhəri Batumi və Kutaisi mayın 5-i açılacaq. Hər iki şəhərə giriş-çıxış sərbəst olacaq.
- Gürcüstan turizminin aqibəti
- Fövqəladə vəziyyətin qaldırılması ilə bağlı hökumət planı
- Pandemiya vaxtı iqtisadiyyat. Beso Namcavadze və Andria Qvidiani ilə söhbət
Fövqəladə vəziyyətin yumşaldılması hələlik aprelin 15-dən bağlı olan Tbilisi və Rustaviyə aid olmayacaq. Gürcüstanın baş naziri Qriqori Qaxariyanın həftəsonu bu şəhərlərin bəlkə də açılacağını deməsinə baxmayaraq, onlara giriş-çıxışa hələ də məhdudiyyət var.
Bundan əlavə, mayın 5-dən Gürcüstanda bəzi məhdudiyyətlər qaldırılacaq:
● avtoemalatxanalar işləməyə başlayacaq;
● tikinti şirkətləri, həmçinin tikinti materialları istehsal edən şirkətlər, ümumiyyətlə tikintiyə aid hər şey fəaliyyətini bərpa edəcək;
Mayın 4-ə olan məlumata görə, Gürcüstanda rəsmi 593 koronavirusa yoluxma qeydə alınıb. Karantində 49830 nəfər var. 521 xəstə stasionar nəzarət altındadır. 223 nəfər sağalıb. Doqquz nəfər həyatını itirib.
Qriqori Qaxariyanın sözlərinə görə, mayın 5-dən fəaliyyətə başlayacaq bütün şirkətlər Səhiyyə Nazirliyinin tövsiyələrinə riayət etməlidirlər. Onun sözlərinə görə, bu şirkətlər məzh bu tövsiyələrə əməl etməklə bağlı hər gün yoxlanılacaq.
______________________________
Gürcüstanda ilk koronavirusa yoluxma halı 26 fevral 2020-ci ildə qeydə alınıb. Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət, martın 31-dən isə ümumi karantin elan olunub. Aprelin 15-dən Gürcüstanın ən böyük şəhərləri Tbilisi, Rustavi, Batumi və Kutaisi bağlanıb.