Gürcü partizanlarının lideri
Tbilisi meriyası qarşısında keçirilən 6 günlük aclıq aksiyasından sonra təbiətin mühafizəsi hərəkatının fəalı, “Bağban partizanlar qrupunun üzvü Nata Peradzenin sağlamlıq durumu o dərəcədə pisləşdi ki, onu Respublika xəstəxanasına yerləşdirməli oldular. Nata Peradze Tbilisi Yaşıllaşdırma və Ekologiya Xidmətinin işçilərinin işdən çıxarılmasını və orqanın ixtisaslı kadrlarla komplektləşdirilməsini tələb edir. Daha bir tələbi şəhərdə gedən ekoloji proseslərin hüquqi araşdırılması ilə bağlıdır.
“Bağban partizanların və liderlərinin etirazına səbəb Tbilisinin mərkəzində yüz illik ağacların kəsilməsi oldu.
Əvvəllər Qanköçürmə İnstitutunun yerləşdiyi ərazi bu gün sadəcə yer üzündən silinir. Burada “Orbi qrupp tikinti şirkəti 42 mərtəbəli binanın inşasını planlaşdırır. O artıq 13 iynəyarpaqlı ağac məhv edib.
“Bağban partizanlar bildiriblər ki, Nata Peradze sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq aclıq aksiyasını dayandırsa da etiraz davam edir – eyni tələblə də Tbilisi meriyası qarşısında aclıq estafetini təşkilatın digər üzvü Elene Malaşevski-Cakeli götürüb. Etiraz aksiyası artıq bir həftədir ki davam edir, amma meriyanın bir nəfər də olsun əməkdaşı, o cümlədən də Tbilisi meri aksiya iştirakçıları ilə görüşmək istəməyib.
“Bağban partizanlar kimdir?
Artıq iki ildir ki, Tbilisidə partizanlar dolaşır. Onların qurbanları ağacları kəsənlər, maşınları nəzərdə tutulmayan yerlərdə park edənlər və heyvanları incidənlərdir.
Bu partizanların fəaliyyəti nəticəsində investorlar Tbilisinin rekrasiyon zonalarından olan Vake parkında otel tikməkdən məhrum olublar. Partizanlar qar, yağış, soyuq demədən parkda çadırlar qurub keşik çəkirlər ki, əraziyə ağır texnikanın girməyinə icazə verməsinlər.
“Partizan- bağbanların lideri Nata Peradzedir. Bu hərəkat iki il əvvəl onun təşəbbüsü ilə yaradılıb. İlk yarandığı zamanlarda hərəkatda yalnız Nata və onun dostları olsa da, bu gün hərəkatın üzvlərinin sayı yüzlərlədir. Onları bir ideya birləşdirir- şəhəri yaşıllaşdırmaq.
‘Xuliqan’ və ‘rüsvayçı’ hərəkat lideri əraziyə daxil olmaq istəyən traktorların qarşısında canlı sədd kimi dayanır, qaldırıcı kranların üzərinə çıxır və məmurlara orta barmaq işarəsi göstərir.
İki il əvvəl mən Facebook’da status yazdım ki, Qəhrəmalar parkında ağac əkmək istəyirəm, öz dostlarımı mənə qoşulmağa çağırdım. Bir neçə nəfər mənə qoşuldu. Biz ağacları əkdik və şəkillərini Facebook’da paylaşdıq. Post istifadəçilər arasında popyularlaşdı və nəinki dostlarım, hətta kənar şəxslər belə nə vaxt ağac əkməyə gedəcəyik sualını verməyə başladı.
2013-cü ildə Tısbağa gölünü qanunsuz tikintidən qorumaq üçün toplaşanda sayımız cəmi 20 nəfər idi. Onda polis bizim boynumuzun ardından tutub, sürüyüb ərazidən çıxardı. İndi isə bunu edə bilmədilər, çünki sayımız çoxdur.
Gürcüstan da daxil olmaqla, post Sovet məkanın əhalisi hər hansı məsələdən hiddətlənsə aktiv də hərəkətə keçməkdən çəkinir. Bu məsələnin belə zəif olmasının səbəbi isə fəaliyyətsiz təhsildir.
13 iyunda ( Tbilisidə daşqın günü) yağış başlayanda mən öz yeniyetmə oğlum və onun iki dostu ilə itlər üçün olan sığınacağa getdik. Məqsədimiz heyvanlara kömək etmək idi. Su çoxalırdı və biz mağazada gizləndik. Oğlum soruşdu ki, ana biz əziyyət çəkəcəyik ya tez öləcəyik? Mən göz yaşlarımı saxlaya bilmədim… nə üçün uşaqları özümlə gətirdim deyib özümü danladım. Bu vaxt könüllülərdən biri mənə ayağımıza sarılan qorxmüş itləri göstərib dedi: “ Bax, biz bunlar üçün buradayıq. Mən indi də o gecə orada olduğuma görə qəti təəsüf etmirəm.
Bizə tez –tez yazırlar ki: “ Sizin təşkilata necə üzv olaq. Bu olduqca asandır. Ağac əkin, qanunsuz tikintilərə qarşı etiraz edin və siz artıq bizdən birisiz. “Partizan –Bağbanlar hərəkatı ofisi, direktoru olan bir təşkilat deyil. Hər bir vətəndaş bizə qoşula bilər.
Düşünürəm ki, siyasətçilərələ görüşmək ən müşkül məsələlərdən biridir. Belə görüşlər olanda mən qəsdən cırıq şalvar və çirkli maykalar geyinirəm. Məqsədim onlar kimi olmadığımı göstərməkdir.
Biz partizanlar yeni kompaniyaya başlamışıq. Parkovka nişanı olan səkilərdə gül dibçəkləri qoyuruq, gül əkirik.
Əvvələr polis özünü elə göstərirdi ki, sanki bizi görmür. Onlar gülüb keçirdilər. Gülləri əkdikdən sonra isə bizə polis ekipajı yaxınlaşdı, cərimə etdilər və bizimlə olduqca kobud rəftar etdilər. Bu isə o deməkdir ki, bizim varlığımız onlara maneə olur. Bunun isə özü də bir qələbədir.
Mənim bir imtiyazım var- mən qadınam və döyülürəm. Bəzən siyasətçilərlə görüşəndə belə deyirlər : ‘Əgər qadın olmasaydın bilirəm nə edərdim…’
Əminəm ki, əgər qadın öz seçiminə şübhə etmirsə onun heç bir problemi olmayacaq. Bu qismən də insanın uşaqlıqda nə probleminin olmağından və onu “əsl gürcü qadını kimi necə proqramlaşdırdıqlarından aslıdır.
Bizim siyasətlə məşqul olmaq fikrimiz yoxur. Sadəcə insanların dünyagörüşünü dəyişmək istəyirik.
Nə kimi planlarınız var? Biz öz fəaliyyətimizi genişləndirməyi və şəhərin yaşıllaşdırılmasının qanuniləşdirilməsini tələb edəcəyik. Doğrudur parlament bu lahiyəni diqqətə almadı, lakin biz əhalini maarifləndirməklə və yeni yaradıcı etirazların köməyi ilə mübarizəyə davam edəcəyik.
Dərc edilib: 23.08.2016