“Gürcü marşı”nın təşkilatçılarının “Facebook”da Gürcüstan gənclərinin BMT-dəki keçmiş nümayəndəsi Tatiya Dolidzenin ünvanına qrup şəklində zorlama təhdidini əks etdirən şərhlərinə görə DİN cinayət işi açıb.
Bu fakt cəmiyyətdə böyük rezonans yaradıb. Artıq ikinci gündür ki, “Facebook”da ancaq bundan yazırlar, mövzu populyar televiziya verilişlərində də müzakirə olunur.
Marş təşkilatçılarının narazılığına Tatiya Dolindzenin “Facebook”dakı şərhi oldu, bu şərhdə o, “Gürcü marşı” ideyasını tənqid edib.
Marş təşkilatçıları onu ədəbsiz sözlərlə təhqir edib və qrup şəklində zorlamaqla təhdid ediblər.
Bir müddət sonra altında bütün bu şərhlərin yazıldığı status silindi, təşkilatçılardan biri isə bildirdi ki, əslində onlar belə bir müzakirədə iştirak etməyiblər və kimsə feyk akkauntlar yaradıb.
Bu zaman Gürcüstan DİN-i Cinayət Məcəlləsinin 151-ci maddəsi isə cinayət işi açıb. Ölümlə, sağlamlığa zərər yetirməklə və ya insanın əmlakına ziyan vurmaqla hədələməyə görə çərimə, ictimai faydalı və ya islah işləri və hətta bir ilə qədər həbs cəzası nəzərdə tutulur. Gürcüstan DİN-in mətbuat xidmətində CM-nin 151-ci maddəsi ilə neçə dəfə cinayət işinin açıldığı barədə suala cavab verə bilmədilər. Qurumun 2016-cı il üzrə statistikasında da bu cinayət əks olunmayıb.
Gürcüstanın xalq müvəkkili Uça Nanuaşvili DİN-i vaxtında və effektiv araşdırma aparmağa çağırır. O hesab edir ki, qadına qarşı nifrət dilinin istifadəsi ölkədəki gender bərabərliyi məsələlərində vəziyyəti bir az da ağırlaşdırır.
“Qadın hərəkatı” da xüsusi bəyanatla çıxış etdi. Hərəkat KİV-i insidentdə adları çəkilən insanları boykot etməyə çağırır, onların üzr istəməyini və rəsmi şəxslərdən baş verənlərə reaksiya gözləyir.
“Əvvəlcə marşa çıxıb, gürcü qadınlarını xaricilərdən qorumaq istədiyini deyən insanların səhəri günü açıq şəkildə, utanmadan zorlamaqla hədələməsi biabırçılıqdır”, – hərəkatın nümayəndəsi Baya Pataraya deyir.
“Gürcü marşı” Tbilisidə iyulun 14-də baş tutub. Millətçi marş təşkilatçıları Gürcüstanda xaricilərin yaşaması qaydalarını sərtləşdirməyi tələb edirlər. “Gürcü marşı”nın təşkilatçıların “Facebook”dakı şəxsi səhifələrində marşa qarşı çıxanların ünvanına tez-tez homofob və irqçi ifadələr səsləndirilir.