Fazil İsgəndərin abxaz heykəltəraşı tərəfindən naturadan hazırlanan heykəli Moskvada
Moskvada Fazil İsgəndərin heykəli qoyulacaq. Görkəmli abxaz yazıçısının heykəltəraş Marina Eşbayeşe tərəfindən 1966-cı ildə naturadan hazırlanmış heykəli Novodeviçyev qəbiristanlığında Fazil İsgəndərinin məzarı üzərinə qoyulacaq.
Heykəlin açılışı 2017-ci il iyulun 31-də yazıçının ölümünün ilk ildönümündə baş tutacaq.
Təntənəli mərasimdə Fazil İsgəndərin doğmaları və yaxınları, müxtəlif yazıçılar birliklərinin nümayəndələri iştirak edəcək.
Heykəlin açılışına Rusiya Federasiyası və Moskvanın rəhbərliyi və hökumət nümayəndələri, həmçinin Abxaziya hökumətində təmsil olunanlar dəvət edilib.
Fazil İsgəndər ötən il iyulun sonunda 87 yaşında dünyasını dəyişib.
Suxum Rus Dram Teatrına Fazil İsgəndərin adı verilib. Abxaziyada Fazil İsgəndərin xatirəsinin əbədiləşdirilməsi üzrə dövlət komissiyası yaradılıb. Komissiyanın işi hələ başa çatmayıb.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır