Ermənistanın eks-prezidenti həbsdən azad ediləcəkmi – hakim iki günə qərar verəcək
Ermənistanın eks-prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə iclası səhərdən axşama qədər davam edib. Hakim bütün tərəfləri dinləyibə və məşvərət otağına gedib. O öz qərarını mayın 18-də saat 16:00-da elan edəcək.
JAMnews məhkəmənin qərarı haqda əlavə məlumat verəcək.
Eks-prezident nədə ittiham olunur?
Robert Koçaryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməktə ittiham olunur və bu iş üzrə 2018-ci ilin dekabrında həbs olunub. O zaman prezident seçkilərinin nəticələrini tanımayanların nümayişi zorakılıqla dağıdıldığı zaman silah tətbiq olunmuş, iki nəfəri hüquq-mühafizə orqanlarının nümayəndələri olmaqla 10 nəfər həlak olmuşdu.
• Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryan haqda həbs qərarı çıxarıb
• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən sonra siyasətə qayıdırа
Bu iş üzrə Koçaryan artıq 2018-ci ilin dekabrından həbsdə idi, 2019-cu ilin fevralında isə ona qarşı 927 milyon dram (3 milyon dollara yaxın) rüşvət almaqla bağlı növbəti ittiham irəli sürüldü. 2018-ci ilin noyabrında Silva Ambartsumyanın ehtimal olunan rüşvəti verməsi ilə bağlı səsləndirdiyi bəyanat bu ittiham üçün əsas olub. Onun bəyanatında Koçaryanın prezidentliyi dönəmindən söz açılırdı.
“Mən ərəblərlə saziş imzaladım və mənə mane olmasınlar deyə Ermənistan prezidenti Robert Koçaryana və baş nazir Serj Sarqsyana pul ödədim”, – o zaman məətbuat konfransında Ambartsumyan demişdi.
Onun sözlərinə görə, söhbət dağ-mədən şirkətinin aksiyalarının 100 faizinin ərəb şeyxlərinə satılmasından gedir. Sazişin öz dəyəri isə 40 milyon dollar təşkil edib.
Koçaryan bildirib ki, ikinci ittiham onun üzərinə əmlakını müsadirə edə bilmək üçün qoyulub. O xatırladıb ki, birinci ittiham üzrə onun əmlakına artıq həbs qoyulmuşdu. Amma konstitusiya quruluşunun devrilməsi işi üzrə əmlakın müsadirəsi kimi əlavı sanksiya nəzərdə tutulmur, ehtimal olunan rüşvət işində isə bu istisna deyil.
Məhkəmə dinləmələri dörd gün davam edib. İlk üç günün detalları bu materialda
Ermənistanın eks-prezidentinin azad edilməsi məsələsi uzanır
Məhkəmənin dördüncü günü – zaldakı vəziyyət
Məhkəmə jurnalistlərə imkan verib ki, bilavasitə məhkəmə zalına daxil olsunlar. Daha əvvəl onlar, digər iştirakçılar (erks-prezidentin azad edilməsinin tərəfdarları və əleyhdarları) da həmçinin zalda, amma şüşə arxasında otura bilirdi. Onlar proses iştirakçılarının bütün danışdıqlarını eşidə bilmirdilər, çünki səəsləndirməni yalnız qismən təmin edirdi.
Dördüncü gün məhkəmə zalında vəziyyət gərginləşib. Prokurorlar və vəkillər arasında mübahisələr yaranıb. Müdafiə tərəfi ünvanlarına səslənən alçaldıcı ifadələrə görə dövlət ittihamçıları haqda sanksiyaların tətbiqini tələb edib. Prokurorlar bəyan ediblər ki, daha əvvəl vəkillər onlara qarşı alçaldıcı jestlərə yol veriblər. Hakim hər kəsi özünü ədəb çərçivəsində aparmağa çağırıb.
Məhkəmə zalından kənar “danışıqlar”
Dördüncü gün məhkəmə zalının qarşısında hər şey sakitləşib. Eks-prezidentin azad edilməsinin tərəfdarları və əleyhdarları məhkəmə dinləmələrinin ilk günündən aksiya keçirirdi. Üstəlik hər dəfə bu aksiyalar məhkəmə iclası başlamazdan çox əvvəl baş tuturdu.
İlk gün burafa hətta toqquşmalar da baş verdi və bir neçə nəfər saxlanılıb. İkinci və üçüncü gün sözlü mübahisə ilə keçib – qışqırıqlara və senzuradan kənar ifadələrə qədər. Amma məhkəmənin dördüncü günündə səhər saatlarından tərəflərin nümayəndələri vəziyyəti müzakirə edib və söz veriblər ki, gərginlik yaratmayacaqlar, bir-birini təhqir etməyəcəklər. Vədlərini yerinə yetirmək cəhdinə baxmayaraq, vaxtaşırı olaraq burada qəzəb partlamaları baş verib.
Vəziyyəti sakitləşdirmək üçün Koçaryan tərəfdarları musiqi səsləndiriblər. Cavabında eks-prezidentin azad edilməsinin əleyhdarları özləri mahnı oxuyub, rəqs ediblər.
Müdafiənin çıxışı
Müdafiə prokurorların işin bağlandığını bildirdiyinə görə Koçaryanın azad edilməsini tələb edib. Deməli onların müdafiə etdiyi şəxs artıq açılmış işin araşdırılmasına mane ola bilər. Bundan başqa, onlar bildirib ki, Koçaryan azadlıqda olarkən istintaqa mane olmayıb, həbsə qədər gizlənməyə cəhd etməyib, indi də istintaq prosesinə mane olmaq niyyətində deyil.
Bütün vəkillər – bu isə Ermənistanda məşhur olan dörd məşhur peşəkadan ibarət güclü qrupdur – eks-prezidentin ünvanına olan bütün ittihamları maddə-maddə rədd edib. Onların çıxışları ətraflı olub, hətta ittiham təərəfi və ya hakim sadalanan faktlar və vəziyyətlər haqda məlumatlı olduqllarına israr etdiklərində belə onlar çıxışlarını saxlamayıblar.
İttiham olunan prezidentin çıxışı
Eks-prezident özü vaxtaşırı bəyanatlar səsləndirib və öz müdafiəçilərinin arqumentlərini tamamlayıb.
Öz çıxışında o deyib ki, günahkar deyil və məhkəməyə təqdim olunan durumlarla bağlı onu təqsirləndirmək mümkün deyil. O xatırladıb ki, müharibədə iştirak edib və bir çox başqa çətinliklərdən keçib və məhkəmədən yayınmağı özünə rəva görməz – bu şərəf və ləyaqət məsələsidir. Bundan başqa, onun üçün bu ittihamlar təhqiramizdir və o, susmaq fukrində deyil. Koçaryan deyib ki, məhkəmədə çıxış etmək istəyir və proses gedişatında özü bir çox hallar üzrə ittihamçı kimi çıxış edəcək.
Koçaryan deyib ki, məhkəməyə gəlib, onun üçün zamin qismində çıxış etmək məcburiyyətində qalan Qarabağın hazırkı və keçmiş prezidentləri qarşısında xəcalət çəkir.
Zamin duran prezidentlər
Dağlıq Qarabağın hazırkı prezidenti Bako Saakyan və eks-prezident Arkadi Qukasyan zamin kimi çıxış edib və məhkəmədən onların həmkarı və dostu olan Koçaryanı azad etməyi xahiş ediblər. Dinləmələrin ilk günündəcə Koçaryanın vəkillərindən biri onların məhkəməyə ünvanladığı müraciəti oxuyub. Orada deyilir:
“Dağlıq Qarabağın birinci prezidentinin və Ermənistanın ikinci prezidentinin iki erməni respublikasının möhkəmlənməsinə verdiyi töhfələri, Qarabağ müharibəsində və Ermənistan ordusunun formalaşmasında göstərdiyi böyük səyləri nəzərə alaraq zəmanət veririk ki, Robert Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi halında o, ləyaqətli davranış sərgiləyəcək, istintaqa mane olmayacaq, istintaq orqanının çağırışına əməl edəcək və Cinayət Məcəlləsində nəzərdə tutulan əməllərə yol verməyəcək”.
Məhkəmə tələb edib ki, zaminlər prosesə qatılsın və bu qisimdə öz vəzifələri ilə şəxsən tanış olsunlar.
Bako Saakyan və Arkadi Qukasyan məhkəməyə dördüncü gün gəlib. Bu, hazırkı DQ prezidentinin xarici nümayəndə heyətini qəbul etməsi və daha əvvəl Yerevana gələ bilməməsi ilə izah edilib. Hər iki zamin 500 min dram (təxminən 1000 dollar) həcmində girov yatırıb.
İttiham tərəfinin mövqeyi
Prokurorlar öz fikrlərində qalıblar. Onlar hakimin diqqətini müdafiə tərəfinin faktları özlərinə sərf edən formada təqdim etmələrinə çəkiblər. Daha sonra prokurorlardan biri qısa olaraq, amma mahiyyətə uyğun şəkildə eks-prezidentə ittiham kimi irəli sürülən vəziyyətlərlə bağlı müdafiə tərəfinə tam əks fikir təqdim edib.
İttiham tərəfi Koçaryan kimi tanınmış, yüksək mənsəb sahibi və kifayət qədər maliyyə vasitələri olan bir şəxsin şahidlərə və istintaqın gedişatına təsir etmək imkanının yüksək olduğuna israr edib.
“1 mart” işi və Koçaryanın həbsinə gətirib çıxaran hadisələr
2018-ci ilin dekabrından Koçaryan “1 mart” işi üzrə həbsdədir. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi aksiyalar davam edirdi. Onlar liderlərinin qalib olduğuna əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən, Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılmasında silah tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu. Həmin vaxt ölkənin prezidenti Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçilən Serj Sarqsyan hələ vəzifə başına keçməmişdi. Buna görə də nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində hazırdda Koçaryan ittiham olunur.
“1 mart” işi üzrə istintaq Ermənistanda baş tutan “məxməri” inqilaba qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın başçılığı altında yeni hökumət dərhal bu işin üstünə düşüb.
Nəticədə 2018-ci ilin iyulunda Robert Koçaryana qarşı artıq 1 mart 2008-ci il işi üzrə konstitusiya qurulunun devrilməsi ilə bağlı ittiham irəli sürülmüşdü.
İyuıun 28-də o bu ittihamla ilk dəfə həbs edilmişdi. Amma iki həftə sonra azad olunmuşdu. Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun haqqında çıxardığı həbs qərarını qanunsuz elan etmişdi. Robert Koçaryanın eks-prezident kimi konstitusiyada təsbit olunan toxunulmazlıq hüququ buna əsas olmuşdu.
Daha sonra noyabrın 15-də kassasiya məhkəməsi işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
2018-ci il dekabrın 7-də apellyasiya məhkəməsi yenidən eks-prezidentin həbsi haqda qərar çıxarıb.
Həmin gündən Ermənistanın ikinci prezidenti yenidən həbsxanadadır.
Robert Koçaryan bəyan edir ki, onun işi vendettodur, hazırkı Ermənistan hakimiyyəti ondan qisas almağa çalışır.
Koçaryan həbsini niyə siyasi sifariş hesab edir?
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. O, seçki nəticələri elan ediləndən sonra başlanan etiraz aksiyalarında fəal iştirak edib. 1 mart faciəsindən sonra müxalif siyasətçi kütləvi iğtişaşların təşkilində ittiham olunduğu üçün bir il dörd ay müddətində gizlənib.
1 iyul 2010-cu ildə Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il 11 aydan sonra Ermənistnın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.