Ermənistanın baş naziri: “Biz vəsaitləri səmərəli xərcləmirik, sistem islahatlarından sonra eyni büdcə ilə daha keyfiyyətli fəaliyyət göstərəcəyik”
Paylaşmaq
Paylaşmaq
Ermənistanın baş naziri Karen Karapetyan bildirib ki, bütün fəaliyyət sahələrində səmərəlilik problemi ilə üzləşiblər və eyni büdcəni daha səmərəli istifadə etmək üçün konkret islahatlara ehtiyac var:
“Dövlət birmənalı şəkildə sosial təminatı olmayanların müdafiəsinə qalxmalıdır. Biz sosial sahədə və səhiyyə ilə bağlı ciddi islahatlar planlaşdırmışıq… Biz insanların qarşısında duran bütün sosial problemləri həll etmirik, amma hətta bu cür məhdud şərtlər altında da xərclərin səmərəsizliyi ilə bağlı problemlərimiz var. Bəzən isə biz ünvanları səhv salırıq”.
Baş nazirin fikrincə, sistem islahatlarından sonra həmin büdcə daxilində daha keyfiyyətli xidmət göstərmək və ünvan sahiblərinin sayını 20-30 dəfə artırmaq mümkün olacaq.
Ermənistanın baş naziri bunları Yerevanın Avan dairəsinin sakinləri ilə parlament seçkiləri öncəsi kampaniya çərçivəsində baş tutan görüşdə bildirib. O, Respublikaçılar Partiyasının proqramını mükəmməl, iddialı və realistik, aşağıdakı suallara cavab verə bilən hesab edir: “Harda və hansı problemlərimiz var, nəyə nail olmaq istəyirik, bunun üçün kim və nə etməlidir?”
Analitiklər qeyd edirlər ki, bu dəfə seçkiqabağı mübarizədə partiyaların imkanları, o cümlədən ideoloji deyil, maliyyə imkanları böyük rol oynayır.
Ermənistanda seçkiqabağı təbliğat müddəti martın 5-dən start götürüb. Ermənistanın Respublikaçılar Partiyasının təmsilçisi olan baş nazir seçkiqabağı tədbirlərdə fəal iştirak edir.