Ermənistandakı bütün siyasi qüvvələr növbədənkənar parlament seçkilərinin nəticələrini tanıyıb
Dekabrın 9-da növbədənkənar parlament seçkilərində iştirak edən siyasi qüvvələr səsvermə nəticələrini tanıyıb. Ermənistan parlamentinə üç siyasi partiya keçib: “Mənim addımım” bloku, Çiçəklənən Ermənistan və Maariflənmiş Ermənistan partiyaları.
Qazanılmış səslərin faizi və mandatların sayı
Ermənistan inqilabının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku seçici səslərinin 70,44 faizini qazanaraq 88 mandata sahib olub. Ümumilikdə yeddinci çağırış Milli Məclisin tərkibi ilkin hesablamalara görə 132 deputatdan ibarət olacaq. Bu o deməkdir ki, “Mənim addımım” baş nazir vəzifəsinə öz namizədini koalisiya razılaşması olmadan təsdiqləyə bilər.
İkinci yeri tutan Çiçəklənən Ermənistan Partiyası 8,27 faiz qəq toplayob. Yeni parlamentdə bu pariya 26 mandata sahib olacaq.
Maariflənmiş Ermənistan Partiyası 6,37 faiz səs toplayıb və müvafiq olaraq 18 deputat mandatı qazanıb.
• Ermənistan parlamentində çoxluq inqilab lideri Paşinyana aiddir
• Ermənistan və “post-sovet” hərbi blokun digər üzvləri arasında qalmaqal qızışır
Semkidən sonra qaliblərin ilk bəyanatları
Seçkidən sonra gecə yarısı “Mənim addımım” blokunun lideri Paşinyan seçkilərin nəticələrini açıqlamaq üçün jurnalistləri mətbuat konfransına dəvət edib. O, seçkinin nəticələrini şərh etməkdən imtina edib, əvəzində seçkilərin keyfiyyəri ilə bağlı fikrini açıqlayıb:
“Çoxlarının, o cümlədən də jurnalistlərin səsvermə prosesini darıxrıcı kimi dəyərləndirdiklərini gördüm. Və düşünürəm ki, bu ən yüksək dəyərləndirmədir. Seçkilər sakit keçib. Hesab edirəm ki, indi bütün seçkilərin qızğın hadisələr doğurmadığına alışmaq olar”.
Nikol Paşinyan onun nəzərincə, bu seçkilərdə fəallığın aşağı səviyyədə – 48 faiz olmasının səbəblərini də izah edib:
“Əgər biz son 15 gün ərzində mətbuatı izləsək, görərik ki, müxalifət və vətəndaş cəmiyyəti seçkidən sonra nə haqda danışır və jurnalistlər nə yazır. Onlar deyirlər ki, istifadə etdiyi resurs sayəsində hakimiyyətin həmişə bir neçə yüz min səsi olur. Bunlar iştirak etməyən seçicilər, ölmüş seçicilərdir. Bundan başqa, siz gördünüz ki, Ermənistan Respublikasının vətəndaşlarını səsverməyə getməyə məcbur edən yox idi, vətəndaşlar könüllü şəkildə seçkiyə gedirdilər”.
Oliqarx Qaqik Sarukyan – səs sayına görə ikinci yeri tutan Çiçəklənən Ermənistan Partiyasının lideri onları dəstəkləyən vətəndaşlara minnətdarlığını bildirib:
“İkinci siyasi qüvvə kimi bizim partiyamız hökumətdə sizin səsiniz olmaq niyyətindədir. Bizim fəaliyyətimiz sırf vətəndaşlarımızın maraqlarına uyğun davam edir”.
Edmon Marukyan – üçüncü yeri tutan Maariflənmiş Ermənistan Partiyasının lideri bu seçkiləri tarixi adlandırıb. Partiya hökumət strukturunun dəyişilməsinə və iqtidarda olan siyasi qüvvənin hakimiyyətinin məhdudlaşdırılmasına nail olmaq niyyətindədir. Marukyanın sözlərinə görə, Maariflənmiş Ermənistan institusional müxalifən olmağı planlaşdırır:
“Biz əməli addımlara keçmək niyyətindəyik. Yaxın gələcəkdə parlament reqlamentinə və hökumətin strukturuna dəyişikliklər təqdim edəcəyik. Hakimiyyəti cilovlamaq və nəzarətdə saxlamaq mexanizmi yaratmaq istəyirik, hərçənd ümid edirik ki, yeni nazirlər sırasında oğru və dələduzlar olamayacq”.
Yerli və beynəlxalq müşahidəçilərin seçkilərə dair dəyərləndirməsi
Seçkiləri 8 beynəlxalq və 22 yerli təşkilatın müşahidəçisi izləyib. Ümumilikdə onların hamısı seçkiləri və seçkiqabağı kampaniya dövrünü müsbət dəyərləndirib.
Yerli müşahidəçilər bəyan ediblər ki, Ermənistanda bu dəfəki seçkilər ötən ümumrespublika miqyasında keçirilən seklilərlə müqayisədə daha azad olub və demokratik normalara cavab verib.
“Biz seçicilərin satın alınması, hədələnməsi və ya onların azad iradı ifadəsinə təzyiq göstərilməsi hallarını qeydə almamışıq. Seçki məntəqələri ətrafında insanlar toplaşmmamışdı. Bəzi məntəqələrdə vardı, amma mütəşəkkil xarakter daşımırtı. Ən əsası isə biz polisin mütəmadi fəaliyyətsizliyini qeydə almadıq”, – “Asparez” jurnalistlər klubunun sədri Levon Barseqyan qeyd edib.
ATƏT-in müşahidəçiləri bildirib:
“Ermənistanda seçkilərlə bağlı əsas nəticə: seçki azad şəraitdə və seçicilərin geniş etibarı altında keçirilib. Satın almalar – səslərin satın alınması, seçicilərə təzyiq olmaylb, azad iradə ifadəsi üçün şərait təmin edilib”.
MDB müşahidəçiləri qeyd ediblər ki, onların qeydə aldıqları pozuntular səsvermə nəticələrinə təsir edəcək miqyasda olmaylb:
“Ermənistan Milli Məclisinə dekabrın 9-da baş tutan növbədənkənar seçkilər Ermənistan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilər çoxpartiyalı əsasda, şəffaf və açıq şəraitdə keçirilib. Bütün səviyyələrə aid seçki komissiyaları seçicilərin azad iradə ifadəsi üçün şəraitlə təmin edib”.
Ekspert rəyləri
Yerli ekspert çevrəsi üçün əsas müzakirə mövzusu fəallığın az olması olub. Politoloq Yervand Bozoyan bu göstəricini hazırkı hakimiyyətin inzibati resursdan və insanların məntəqələrə cəlb olunmasının digər qanunsuz yollarından istifadə etməməsi ilə izah edir.
Seçkilərin nəticələrinə və qalibin yüksək səs faizi toplamasına gəlincə, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan bu yekunu qanunauyğun hesab edir:
“Mənim addımım səslərin böyük əksəriyyyətini toplamalı idi, bu tam gözləniləndi. İkinci və üçüncü, hətta dördüncü yer uğrunda mübarizə gözlənilməz ola bilərdi, amma o da olmadı”.