Ermənistanda koronavirus: onuncu ölüm və 40 yeni yoluxma halı
Aprelin 9-da Ermənistanda onuncu ölüm halı qeydə alınıb.
“80 yaşlı koronavirusa yoluxan pasiyentdə ağciyələrin ağırlaşmış respirator distrecli ağır iltihabı olub. Kişi xroniki xəstəliklərdən, o cümlədən də hipertenziya, kaxeksiya və qocalıq skelerozundan əziyyət çəkirmiş”, – Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Facebook səhifəsində məlumat verib.
Onlayn operalar, konsertlər və həkimlərin rəqsi. Ermənistan sakinləri karantində necə əylənir?
Rəsmi məlumata əsasən, 40 yeni koronavirusa yoluxma halı da aşkarlanıb. Yoluxanların ümumi sayı 921 nəfərə çatıb. Sağalanlar 138 nəfər, hələ də müalicə olunanlar isə 773 nəfərdir. Onlardan səkkiz nəfərin vəziyyəti kəskin aır kimi dəyərləndirilir. 4902 test neqativ nəticə verib.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.