Onlayn operalar, konsertlər və həkimlərin rəqsi. Ermənistan sakinləri karantində necə əylənir?
Karantin dövründə Ermənistan sakinlərinə evdə qalmağa nə cürsə kömək etmək üçün yerli teatrlar və orkestrlar Mədəniyyət Nazirliyinin rəhbərliyi altında konsertlərin və tamaşaların onlayn yayımını təşkil edir.
Məlum olduğu kimi teatr tamaşaları və klassik musiqi konsertləri hədsiz populyarlaşıb. Amma koronavirus xəstələrinin xilası üçün çalışan həkimlərin nadir tapılan boş dəqiqələrini necə keçirdikləri haqda videolar da baxış sayına görə birincilərə rəqabət təşkil edir.
Aprelin 7-ə qədər Ermənistanda 853 nəfər virusa yoluxub. Onlardan 87 nəfəri sağalıb, səkkiz nəfər ölüb. Martın 16-dan aprelin 14-ə qədər ölkədə sərt fövqəladə vəziyyət rejimi qüvvədədir.
- Ermənistan: koronavirus söz azadlığına qarşı
- Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artır, xəstəxanalarda yer çatmır. Səbəblər və proqnozlar – təfərrüatlı
Teatr tamaşaları və klassik musiqi konsertləri
Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan aprelin 7-də Ermənistanda onlayn platformalarda mədəni tədbirlərin necə populyar olduğuna dair statistikanı təqdim edib.
Məsələn, martın 17-də Akademik Opera və Balet Teatrı YouTube kanalında 840 min baxış toplaya bilib. Teatr 6 tamaşanı şəbəkəyə yükləyib və heç bir reklamsız son bir neçə gün ərzində kanala əlavə 5 min istifadəçi abunə olub.
Qabriel Sundukyan adına Milli Akademik Teatrın səhnələşdirdiyi ilk onlayn pyesinə Ermənistan sakinləri bu günlərdə 40 min dəfədən çox baxıb.
Milli Filormoniya Orkestrinin şəbəkəyə yüklədiyi solo və kamera kompozisiyalarından ibarət konsertlərinin video-çəkilişləri də diqqətdən kənarda qalmayıb. Konsert başlamazdan öncə musiqiçilər mütləq tamaşaçılara müraciət edir və onları evdə qalmağa çağırır.
Həkimlər necə dincəlir?
Facebook-un Ermənistan seqmentində son zamanlar tibb işçilərinin rəqslərini əks etdirən telefonla çəkilmiş videolar da böyük populyarlıq qazanıb. Bu videoları sosial şəbəkələrə ya adi istifadəçilər, ya da həkimlərin özləri yükləyərək, “EvdıQal” heşteqi ilə paylaşırlar.
İlk bu cür videolardan biri “təcili yardım” əməkdaşlarının rəqsi olub.
“Onların sevincinin və ya kədərinin səbəbi insanların sağlamlıq vəziyyətidir. Əziz həkimlər və həmkarlar, sizin işiniz çox dəyərlidir, çünki siz gecə və gündüz işləyirsiz və alqışa layiqsiz, qoy, sevinc üçün səbəblər daha çox olsun”, – video müəllifi yazıb.
Müdafiə kostyumlarında tibb işçilərinin “Karno Koçari” erməni milli rəqsini ifa etdikləri digər video dərhal min beş yüsdən çox təkrar paylaşılıb.
Aprelin 7-də spontan fleşmoba səhiyyə naziri Arsen Torosyan da qoşulub.
O, öz səhifəsində könüllü həkimlərin Aram Xaçaturyanın “Maskarad” baletinin musiqi sədaları altında vals oynadıqları videonu paylaşıb.
“Bizim tibbişçiləri və könüllülərlə qürur duyuram”, nazir yazıb.