Bu gün Yerevanda İran məhsullarının sərgisi açılıb.Ən müxtəlif mallar təqdim olunub: məişət və kənd təsərrüfatı texnikası, tekstil, hətta şirniyyat.
İrandan Ermənistana gələn 49 şirkətnümayəndəsindən başqa sərginin açılışında İranın yüksək vəzifəli məmurları və onların ermənistanlı həmkarları da iştirak edib. Həm Ermənistan, həm İran tərəfi belə sərgilərin keçirilməsinin vacibliyini qeyd ediblər, həm də hər iki ölkədə.
“Bu sərgi ticari-iqtisadi sahədə Ermənistan-İran münasibətlərinin inkişafı üçün vacib hadisədir. Biz iranlı tərəfdaşlarımızla dəfələrlə qeyd etmişik ki, mal dövriyyəsinin həcmi baxımdan Ermənistan-İran münasibətləri qənaətbəxş sayıla bilməz, realizə edilməmiş böyük potensial var. Bütün səyləri sərf etmək lazımdır ki, bu sahədəki münasibətlərimiz bizim dostluq münasibətlərimiz səviyyəsinə qədər yüksəlsin”, – Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan deyib.
Onun fikrincə, Ermənistan və İran müştərək müəssisələr yaradıb, biznes əməkdaşlığını daha da inkişaf etdirə bilər.
Mal dövriyyəsinin artırılmasının vacibliyi və gələcəyə dair gözləntilər haqda danışarkən, Suren Karayan bütün bunlarla yanaşı bildirib ki, bu ilin ancaq ilk yeddi ayı ərzində ikitərəfli ticari-iqtisadi dövriyyə 40 faiz yüksəlib.
İki ölkə arasında daha sıx iqtisadi əlaqələrin yaradılmasının vacibliyi haqda İranın rəsmi şəxsləri də danışıb. İran İslam Respublikasının Ermənistandadı fövqəladə və səlahiyyətli səfiri Seyid Kazım Səcadi deyib:
“Biz Ermənistan-İran arasındakı mal dövriyyəsindən razı deyilik. Amma İranın başqa ölkələrlə olan mal dövriyyəsi ilə müqayisə edəndə, bu nəticələr bizim üçün istənilən halda qənaətbəxşdir”.