Müstəqil Ermənistanın tarixində Nazirlər Kabinetinin ilk andiçmə mərasimi baş tutub. Hökumət üzvləri öz vəzifələrini vicdanla yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi Ermənistan prezidentinin rezidensiyasında keçirilib. Ən birinci baş nazir Nikol Paşinyan and içib, onun ardınca digər hökumət üzvləri.
Mərasim “Hökumətin strukturu və fəaliyyəti haqda” yeni qanunla nəzərdə tutulub. Andın mətni də qanunda təqdim olunub:
“Ümumxalq məqsədlərinin həyata keçirilməsi və vətənin qüdrətinin gücləndirilməsi naminə xalq qarşısında öz vəzifələrimi vicdanla yerinə yetirəcəyimə, Ermənistanın konstitusiyası və qanunlarını rəhbər tutacağıma, Ermənistanın suverenliyinin və maraqlarının qorunmasına səy göstərəcəyimə, hökumət üzvü ali adına sadiq qalacağıma and içirəm”.
Prezident rezidensiyasına girməzdən əvvəl hökumət üzvləri jurnalistlərə bildiriblər ki, andiçmə ideyasının əleyhinə deyillər.
“Bu, (üzərimizə) vəzifə qoyur və vəzifə nə qədər çox olarsa, bir o qədər yaxşıdır”, – əmək və sosial məsələlər naziri Mane Tandilyan hesab edir.
Fövqəladə hallar naziri Qraçya Rostomyan isə düşünür ki, şəxsi məsuliyyət andiçmədən daha önəmlidir.