Ermənistan hərbçilərinin maaşı əhəmiyyətli dərəcədə artırılır və onlara mənzil almaq üçün güzəştlər təqdim olunur
Hərbçilərin maaşı və mənzil
İyulun 1-dən Ermənistanda hərbçilərin əməkhaqqı artırılacaq. Hökumət bu qərarı təsdiqləyib. Müdafiə naziri bəyan edib ki, əhəmiyyətli artıma nail olmaq üçün hərbçilərin müəyyən rəsmi öhdəliklərinin yerinə yetirməsinə görə əlavə ödəniş nəzərdə tutulub.
Daha əvvəl hökumət yaşına və səhhətinə görə hərbi xidmətdən azad edilmiş hərbçilər üçün mənzillərin alınması qaydalarını və sertifikat həcmlərini də təsdiqləmişdi. Bu proqramın həyata keçirilməsi üçün hökumət 5,7 milyard dram (12 milyom dollara yaxın) ayırmışdı.
“Yerevanda mənzil almaq üçün sertifikat orta bazar qiymətlərinə əsasən çoxmənzilli binalarda mənzilin bazar qiymətinin 50 faizinə qədərini kompensasiya edir. Regionlarda sertifikat mənzil almaq üçün lazım olan məbləğin 90 faizini ödəyir”, – müdafiə naziri bildirib.
• Ermənistanda kölgə iqtisadiyyatı ilə mübarizənin ilk nəticələri
• Yeni Ermənistan haqda 100 fakt – baş nazirdən
Kimə və nə qədər?
Orta hesabla hərbçilərin maddi təminatı 10 faiz artır. Müdafiə naziri kabinetin iclasında layihəni təqdim edərkən deyib:
“Silah Qüvvələrin Baş Qərargah rəisi də, sıravi müqaviləli hərbçi də təxminən eyni artımı alacaq. Xahiş edirəm, bu çoxdan gözlənilən qərarı təsdiqləyin”.
Baş nazir aydınlaşdırıb:
“Biz deyirdik ki, artım 10 fazi olacaq, amma kiçik zabit tərkibinin və xüsusi şəraitdə xidmət edən hərbçilərin maaşı 20 faiz artacaq”.
“Xüsusi şərtlərdə” xidmət göstərən hərbçilər həmçinin öz xidmətinə görə əlavə mükafat da alacaq və obların əməhaqqı əhəmiyyətli dərəcədə artacaq. Onların alacağı məbləğ hətta yüksək zabit tərkibiinin və Silahlı Qüvvələrin rəhbərliyinin əməkhaqqından daha yüksək olacaq.
Müdafiə naziri David Tonoyan vurğulayıb ki, orduda əməkhaqqının faiz nisbətində bu qədər yüksəldiyi olmayıb. Amma hərbçilərin maaş məsələsi bundan sonra da hökumətin diqqət mərkəzində olacaq.
Artım nəyin hesabına baş verəcək?
2019-cu ilin ilk aylarında “inqilabçı” hökumətin iddialı proqramında nəzərdə tutulandan da daha artıq vergi toplanıb. 2019-cu il dövlət büdcəsinin gəlir hissəsi birinci rübdə 25 faiz plandan artıq yerinə yetirilib və 62 milyard dram (127 milyon dollara yaxın) artıb.
Bu nəticələr elan olunandan dərhal sonra baş nazir bildirib ki, ilk növbədə hərbçilərin və müəllimlərin əməkhaqqıları artırılacaq.
Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan hesab edir ki, bu nəticəyə iqtisadi yüksəliş hesabına yox, kölgə iqtisadiyyatı ilə səmərəli mübarizə sayəsində nail olmaq mümkün olub:
“Bu il üçün kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində plan ümumilikdə yerinə yetiriləcək, həm də artıqlaması ilə. Əgər iqtisadi yüksəliş bizə bunda kömək olsa, biz çox şad olarıq. Növbəti illərdə ümid edirik ki, iqtisadi yüksəliş amilidominant olacaq”.