Ermənistan Gürcüstandan yardım alıb – koronavirusla mübarizə üçün tibbi avadanlıq
Ermənistana Gürcüstandan 27 ağciyərlərin süni ventilyasiyası aparatı gətirilib. Bu, erməni icmasının, gürcüstanlı biznesmenlərin və ictimai xadimlərin hədiyyəsidir – aliq.ge xəbər verib.
Gürcüstanda xəstəliklə uğurla mübarizə aparırlar və ağır vəziyyətə düşən qonnşuya yardım etməyə hazırdırlar.
Bu günlərdə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərhəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edib ki, koronavirus epidemiyası ilə mübarizədə Gürcüstan Ermənistana yardım etməyə hazırdır. Ermənistan tərəfinin rəsmi cavabı hələlik yoxdur.
Gürcüstandan artıq nələr gətirilib və nə gətirilməsi gözlənilir?
İyunun 7-də məlum olub ki, Gürcüstanda yaşayan ermənilərin təşəbbüsü ilə 10 ağciyətlənin süni ventilyasiyası aparatı alınıb.
Növbəti günlər ərzində Tbilisi erməniləri gürcüstanlı biznesmenlərlə və icrimai xadimlərlə birlikdə daha 17aparat əldə edilib. 27 ASV aparatı Ermənistanın Gürcüstandakı sərfirliyinin vasitəçiliyi ilə cəmi bir neçə saat ərzində artıq Gürcüstan-Ermənistan sərhədinə çatdırılıb.
Aparatların böyük hissəsi pandemiyanın ilk günlərindən koronaviirus xəstələrinin müalicəsi ilə məşğul olan “Nork” infeksion xəstəxanasına yönləndirilib. Aparatların digər qismi regional klinikalara çatdırılacaq.
Yardım təşəbbüskarlarından birinin təklifi ilə “Bir maska – bir həyat” şüarı altında maddi vəsait toplanmağa başlayıb. Gürcüstandakı erməni icmasının üzvləri də həmin təklifə qoşulub. Toplanan pula maska alınacaq və təminatsız ailələrə paylanması ümün Ermənistana göndəriləcək.
Gürcüstanda indiyə qədər Ermənistana yardım məqsədilə maddi vəsait toplanması davam edir.
Ermənistanın səhiyyə naziri artıq göstərilən yardımma görə minnətdarlığını bildirib:
“Bu aparatlar sayəsində bizim pasiyentlərimiz nəfəs alır – sözün həqiqi və məcazi mənasında”.
Gürcüstanın texnoloji şirkəsindən yardım
Gürcüstanın Edison Tech Solutions texnoloji şirkəti də Ermənistana yardım təklif edib. Şirkətdən bildirilib ki, koronavirusla mübarizəyə yardım çərçivəsində Yerevana təmənnasız olaraq Gürcüstan istehsalı olan beş ədəd dezinfeksiya kabini bağışlamağa hazırdırlar.
“Biz maksimum bir həftəyə beş kabini qonşu ölkəyə gpndərməyə hazırıq. Dezinfeksiya kabinələri ictimai yerlərdə qoyula bilər, məsələn, Gürcüstanda belə kabinlərdən biri “Okrib” avtovağzalında, Qaqua xəstəxanasında və sairə yerlərdə qoyulub. Ermənistan onlardan öz istəyi üzrə istifadə edə və məsələn, daxili yoluxmanın qarşısını almaq üçün xəstəxanalarda quraşdıra bilər. Artıq bildirdiyim kimi, biz maksimum bir həftə sonra hazır olacağıq, qalanı zamandan və formal beynəlxalq prosedurlardan asılı olacaq”, – şirkətin banisi Qivi Beridze deyib.
Bu kabinlər koronavirus infeksiyasının qarşısının alınması üçün təxminən bir ay əvvəl hazırlanıb.
Gürcüstandan başqa hansı yardım təklifləri daxil olub?
Gürcüstan iyunun 2-də koronavirus infeksiyasına qarşı mübarizədə öz köməyini təklif edib.
Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edib ki, gürcüstanlı həkimlər Ermənistana yardım etməyə hazırdır.
“Ermənistanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə münasibətlərimiz çox yaxşıdır və əgər bizim həmkarlarımızın ehtiyacı varsa, imkanımız daxilində onlara kömək etməyə hazırıq.
Əminəm ki, Gürcüstan hökuməti, Səhiyyə Nazirliyi Ermənistana yardımdan imtina etməyəcək. Bizim yardımımıza ehtiyacın olub-olmadığına Ermənistanın Səhiyyə Nazirliyi qərar verməlidir”, – Qamkrelidze deyib.
Amma Gürcüstan tərəfinin yardım təklifinə Ermənistandan rəsmi cavab gəlməyib.
Bununla belə, qonşu ölkədə bununla kifayətlənməyiblər. İyunun 4-dən burada Gürcüstan hökumətinə çağırış petisiyası imzalanmağa başlayıb:
“Biz Gürcüstan hökumətindən belə ağır zamanda qonşu ölkəyə yardım etmək imkanı xahiş edirik. Kömək dedikdə, biz Ermənistana öz xəstələrini Gürcüstanda müalicə etirmək imkanını nəzərdə tuturuq. Biz heab edirik ki, bu, qonşu ölkəyə kömək etmək və regionda epidemioloji vəziyyəti çözmək baxımından doğru addımdır”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentində insanlar fəal şəkildə əldə edilən aparatların şəkillərini paylaşır və nazirin qeydlərini şərh edirlər.
Bəzi şərhlər:
“Ermənistan vətəndaşı olaraq Gürcüstanda yaşayan soydaşlarımıza, o cümlədən də gürcülərə bu ağır günlərdə göstərdikləri yardım və dəstək üçün minnətdarlığımı bildirirəm”.
“Bəs bu qədər aylar ərzində bu aparatları əldə etmək mümkün deyildi? Şükür ki, heç olmasa ləng də olsa, çox gec olmadan bizə bu aparatları verdilər. Bizim mütəxəssislər də bildilər ki, onların köməyi ilə vətəndaşlar nəfəs alır”.
“Çox utancvericidir ki, biz öz qeydimizə qala bilmədik, indi bizə yardım edirlər”.
“Yardım üçün qardaş Gürcüstana təşəkkür!”