Ermənistan: fövqəladə vəziyyət zamanı karantin qaydalarının pozulmasına görə cərimə və ya həbs cəzası
300-500 minimal əməkhaqqı, bu da ekvivalentdə 600-1000 dollar edir – Ermənistanda koronavirus epidemiyası səbəbilə martın 16-dan qüvvəyə minən fövqəladə vəziyyət şəraitində təcrid və ya özünütəcrid tələblərini pozanlar üçün bu həcmdə cərimə nəzərdə tutulub.
Eyni pozuntu təkrarlanarsa və əgər bu əməl “ehtiyatsızlıqdan insanların kütləvi xəstələnməsinə” səbəb olarsa, cəza daha da sərtləşdiriləcək.
Bu halda neçə insanın zərər çəkməsindən asılı olaraq 3 aydan 5 ilə qəbər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Ermənistanın Milli Məclisi martın 20-də növbədənkənar iclasda Cinəyət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə belə dəyişikliklər edilməsini təsdiqləyib.
102 deputat təcrid rejimini pozanların cəzalandırılmasına dair dəyişiklikləri yekdilliklə qəbul edib. Bu, qanun layihəsinin ilk oxunuşu olub, ikinci, yekun oxunuş bazar ertəsi, martın 23-də səhər baş tutacaq.
Amma media və sosial şəbəkələrdə dərc olunanlarla bağlı digər məhdudiyyət parlamentdə mübahisələrə səbəb olub.
Ermənistanda fövqəladə vəziyyət elan olunandan sonra koronavirus epidemiyası ilə bağlı durum haqda yalnız rəsmi informasiyanı yaymaq olar. Hökumətin izahatına görə, bu, xəstələrə qarşı nifrətə və əhali arasında təşvişə yol verməmək üçün lazımdır.
Bəzi deputatlar jurnalistlərin və refaktorların tənqidi ilə razıdır. Hansı materialların təşviş doğurduğu, hansıların doğurmadığı ilə bağlı ölçü vahidi yoxdur. Amma artıq bu əmələ görə cəza nəzərdə tutulub – bu tələbin pozulması minimum əməkhaqqının 30-500 qatı, yəni 60-1000 dollar həcmində cərimələnəcək.