Ermənistanın Müdafiə Nazirliyi sərhəd kəndinin atəşə tutulduğunu bildirir. Azərbaycan isə əmin edir ki, bu, cavab atəşi olub
Yerevandan informasiya
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Facebook səhifəsində Azərbaycan tərəfinin Ermənistan kəndini atəşə tutuduğu haqda məlumat yayıb:
“Mayın 13-də saat 14:00-da Azərbaycanın hərbi mövqelərindən iriçaplı silahlardan Tavuş vilayətinin Berkaber kəndi atəşə tutulub. Atəş nəticədə yaşayış evləri ziyan görüb”, – Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
Mətbuat katibi həmçinin Azərbaycan SQ-nin yalnız Ermənistan tərəfinin cavab atəşindən sonra susdurulduğunu da bildirib. Atışma nəticəsində ölən və yaralanan olmayıb.
Bakıdan informasiya
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mətbuat katibinin verdiyi məlumata görə, mayın 13-də saat 12:00-da Ermənistan SQ-nin hərbi hissələri tərəfindən Abbasbəyli kəndi atəşə məruz qalıb.
Ermənistanın Berkaber kəndi ətrafında yerləşən hərbi hissələrdən iriçaplı silahlardan və snayper tüfənglərindən atəş açılıb. Bir neçə evin damına ziyan dəyib.
Mətbuat xidmətindən bildirilib ki, “təxribatın qarşısı alınıb, Ermənistan SQ hərbi mövqeləri cavab atəşi ilə susdurulub”.