Deputatlar yaxşı maşın xoşlayır
Abxaziyada parlamentə düşməklə bağlı yerli reallıq üçün görünməmiş bir “müsabiqə” başlayıb – qanunvericilik orqanında bir yer uğrunda orta hesabla beş nəfər mübarizə aparacaq.
Öz namizədliyini parlament seçkilərində irəli sürmək kütləvi bir xarakter aldı, potensial namizədlər arasında şübhəli reputasiyası olanlar da az deyil. Etiraz təşəbbüskarlarında ciddi şübhələri yaranıb ki, parlamentə düşmək istəyənlərin əksəriyyəti bunu dövlət əhəmiyyətli məsələləri deyil, şəxsi problemlərini həll etməklə məşğul olmaq və imtiyazlar almaq üçün edir.
Bu cür ajiotaj cəmiyyəti əks-tədbirlər görməyə məcbur etdi. Etiraz sosial şəbəkələrdə yarandı, sonra da bir qrup vətəndaşın təşəbbüsünə çevrildi. Onlar həm deputat toxunulmazlığını, həm də Abxaziya Respublikasının parlament deputatının statusu haqqında qanunda yazılan bir sıra maddi nemətləri ləğv etməyi tələb edirlər.
Deputatlara imtiyazlar verilməsin: təşəbbüsün mahiyyəti nədən ibarətdir
Təşəbbüskar kimi məşhur abxaz jurnalisti, “Nujnaya qazeta”nın redaktoru İzida Çania çıxış etdi.
Onun sosial şəbəkədəki çağırışı sonda vətəndaşların parlamentə rəsmi müraciət etməsi ilə nəticələndi. Müraciətdə ən qısa müddət ərzində mövcud qanunvericiliyə parlament deputatı statusu ilə bağlı dəyişikliklər etmək təklifi irəli sürülüb.
Təkliflər on iki bənddən ibarətdir, tələblər də o qədər sərtdir ki, burada hamısının sadalanmasına dəyər. Beləliklə:
[yes_list]
- “Abxaziya Respublikasının Xalq Məclisi – Parlament deputatının statusu barədə” qanundan aşağıdakı maddələr çıxarılsın: “Xalq Məclisi deputatının toxunulmazlığı”; 20. “Xalq Məclisi deputatının toxunulmazlığının əlindən alınmasına icazə verilməsi qaydası” və 21. “Xalq Məclisi deputatının şahid qismində ifadə verməkdən imtina hüququ”.
- İş gününün dəqiq vaxtını … müəyyən etmək …, parlament sessiyalarında mütləq iştirak etmək, əmək məzuniyyətinin 24 iş günü olması və nizam-intizamın pozulmasına görə məsuliyyət.
- Deputat təqaüdü və ölkəmizin sıravi vətəndaşlarının malik olmadığı başqa imtiyazları ləğv etmək. Deputatların kredit tarixlərini dərc etmək.
- Deputatlar üçün fərdi nəqliyyatın əldə edilməsi praktikasını ləğv etmək. Xidməti maşınları deputatları hər gün ölkənin bütün rayonlarından işə, işdən də evə aparan mikroavtobuslarla əvəz etmək.
- Yanacaq-sürtgü materiallarına və deputatların fərdi nəqliyyatına qulluq üçün pul vəsaitinin ayrılması praktikasını aradan qaldırmaq.
- Deputatların seçicilər qarşısında hər il mediada hesabatlarını açıqlamasını qanunla təsbit etmək, bu öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb etmək.
- Deputatlar üçün 35 yaşdan 70 yaşa qədər yaş məhdudiyyəti qoymaq və beş ildən az olmayan əmək stajının olmasını qanuniləşdirmək..
- Hər bir deputatın və ailə üzvlərinin hər il gəlirləri və xərcləri barədə deklarasiyanı təqdim və dərc etmək öhdəliyi qoymaq.
- Televiziya efirində parlament sessiyalarının canlı yayımını təmin etmək.
- Qanuna deputatın seçicilər tərəfindən geri çağırılması hüququnu – imperativ mandatı daxil edərək, deputatın geri çağırılması şərtlərini və qaydalarını dəqiq müəyyən etmək.
- Deputatları obyektlərin özəlləşdirilməsində iştirak hüququndan məhrum etmək və özəlləşdirmə prosesinə ictimai nəzarətin həyata keçirilməsini təmin etmək.
- Deputatların parlamentdə oturmasını iki çağırışla məhdudlaşdırmaq.
[/yes_list]
İzida Çania
“Tələblərimizi mümkün qədər konkretləşdirməyə çalışdıq, təkliflərimizin qanuna məhz bu şəkildə düşməsini də tələb etmirik. Deputatlar öz dəyişikliklərini təqdim edə və indi də daxil olan başqa təklifləri qəbul edə bilərlər.
Ən başlıca məqsəd deputatların toxunulmazlığının ləğv edilməsidir. Parlamentin indiki tərkibində biz Abxaziya parlamentarizmi tarixində ən böyük biabırçılığımızı yaşadıq: fəaliyyətdə olan deputat Nodik Kvinitsiya ağır cinayət törətdi – iki nəfərin qətlinin təşkilatçısı oldu. İndi də Gürcüstan ərazisində gizlənir”.
Müxalifət dəstəkləyir
Bir həftə ərzində artıq rəsmi şəkildə parlament dəftərxanası tərəfindən qeydiyyata alınan və icraata götürülən sənədin altında beş yüzə yaxın imza toplandı.
Deputatların nemətlər paketinin yenidən nəzərdən keçirilməsi təşəbbüsünü abxaz müxalifətinin lideri Aslan Bjaniya da dəstəklədi. Onun fikrincə, bu qanun layihəsi iki ay müddətində işlənib hazırlanmalı və baxılması üçün parlament sessiyasına çıxarılmalıdır.
Cəmiyyətdə isə dəstəkləməyənlər də çoxdur. Arqumentlər
“Milis, prokurorluq və məhkəmələri möhkəmləndirmək xeyli daha effektiv olardı”
Düzdür, bu ideyaya qarşı çıxanlar da az olmadı.
hüquqşünas Alxas Aslandziya
Bloqer Axra Smır isə bu ideyanı adi populizm adlandırır.
Deputatlığa namizədlərdən biri, hüquqşünas Lana Tsaava:
Parlament spikeri Valeri Bqanba da deputat immunitetinin ləğv edilməsi məsələsinə çox skeptik yanaşır
Bununla belə, əks tərəfin dəlilləri müraciətin müəlliflərinin mövqeyinə heç bir təsir göstərmədi.
Təkliflərə məhəl qoyulmadığı halda təşəbbüs qrupu seçiciləri seçkilərdə iştirak etməməyə çağırmaq və həmin sualları referenduma çıxarmaq haqqını özündə saxlayır.
- Abxaziya Respublikasının parlament seçkiləri martın 12-də keçiriləcək.
- Fevralın 10-da Mərkəzi Seçki Komissiyası öz namizədlərini irəli sürən təşəbbüs qrupları və siyasi partiyaların qeydiyyatını başa çatdırıb. Majoritar sistemlə seçilən parlamentə namizədliyini təşəbbüs qruplarından 135 nəfər irəli sürmək niyyətindədir.
- Bundan başqa, deputatlığa namizədlərini irəli sürmək hüququ olan dörd siyasi partiya öz siyahılarını müəyyən edib. “Aynar” və “Amtsxara” partiyalarının hər biri 8 namizəd; “Abxaziyanın xalq birliyi forumu” 7 və “Ədalət və inkişaf naminə xalq cəbhəsi” 3 namizəd irəli sürüb.
- On gün ərzində MSK hər bir namizəd tərəfindən təqdim olunan sənədlər paketini nəzərdən keçirməli, bundan sonra da onun namizəd qismində qeydiyyatı barədə qərar qəbul etməlidir.
- Parlament seçkilərinin proseduruna əsasən, hər bir namizəd narkoloji dispanserdə müayinədən keçməli, psixiatrla söhbətdən keçməli və DİN-dən cinayətkar keçmişi olmaması barədə arayış təqdim etməlidir.