Bu qış nəyə baxmaq olar?
Seriallar sarıdan qıtlıqdır, amma Milad bayramı və Yeni il yeni filmlərin – həm blokbaster, həm uşaq, həm də ailə filmlərinin ekranlara çıxması üçün ən yaxşı zamandır.
Dekabrda kinoteatrlardan nə gözləyə bilərik?
1,2. Qorxu filmləri
Böyük uğura köklənməyən, eyni zamanda döyüş və uşaq filmlərindən daha ucuz başa gəldiyindən nadir hallarda iflasa uğrayan qorxulu filmlər kinoteatrlar üçün zəmanətli ortabab kino seriyasına aiddir. Məhz bu səbəbdən hər ay bir neçə qorxu filmi ərsəyə gəlir.
Yeni il ərəfəsində böyük ekranlara eyni zamanda bir neçə qorxu filmi çıxır, amma bizim kinoteatrlara bunlardan yalnız seçilmişləri gəlib çıxacaq. IMDB və başqa saytların reytinqlərinə inansaq, bu janra aid filmlərin ancaq ikisi yaxşı sayıla bilər.
Birincisi – “Incarnate (“İnkarnasiya) filmi qurbanının şüuruna hakim kəsilən şeytanlarla mübarizə aparan ekzoserist-telepatdan bəhs edir.
Filmin premyerası dekabrın 1-də olacaq.
İkincisi – “The Devil’s Candy (“İblisin hədiyyəsi) filmi çox ucuz qiymətə satılan lənətlənmiş ev haqqındadır. İnternetdə belə bir informasiya yayılıb ki, bəzi detalları öyrənən əfsanəvi “Metallica özünün məşhur “For Whom the Bell Tolls kompozisiyasını filmə havayı verib, çünki süjetdən çox xoşları gəlib. Süjetdən!
Filmin premyerası dekabrın 15-ə təyin olunub.
3,4. Romantika və macəra
Bu qış romantika və macəra ikisi bir arada olacaq. Kinoya yaxın cəmiyyətlərin reytinqlərinə inansaq, dekabrda bizi düz iki baxımlı film gözləyir.
Birinci filmi perspektivli norveçli, uğur qazanmış “The Imitation Game (“İmitasiya oyunları) filminin müəllifi Morten Tildum çəkib. Onun yeni “Passengers (“Sərnişinlər) ekran əsəri ulduzlararası ekspedisiyanın kreo-yuxudan vaxtından əvvəl oyanmış iki üzvündən bəhs edir. Yanlarında daha 5000 sərnişin var, qarşıda isə onları 90 il uçuş, ucsuz-bucaqsız sevgi və macəralar gözləyir. Baş rollarda Kris Pratt və Cenifer Lourens oynayır.
Premyera dekabrın 22-də olacaq.
İkinci “Allied (“Müttəfiqlər) filmi daha çox şey vəd edir. Birincisi, baş rollarda Bred Pitt və əvəzedilməz Marion Kotiyar oynayır. İkincisi, filmin rejissoru şəxsən Robert Zemekisdir (“Back to the Future, “Forrest Gump). Filmdəki hadisələr 1942-ci ildə, faşistlərin zəbt etdiyi Şimali Afrikada cərəyan edir. Pitt burada Amerika kəşfiyyatçısı, Kotiyar isə Fransa Müqavimət Hərəkatının üzvüdür.
Filmin premyerası dekabrın 1-də olacaq.
5. Bütün ailə üçün
Fransız “Demain tout commence filmini rus dilinə “2+1 kimi tərcümə ediblər, görünür, tamaşaçını gözəl fransız komediyası olan “1+1 filmi ilə analogiya yaradıb, cəlb etməyə çalışıblar.
Bu filmin baş qəhrəmanı yanına atılan uşağın anasının axtarışına çıxır və başına müxtəlif macəralar gəlir.
Premyera dekabrın 8-də olacaq.
6. Qadınlar üçün
Bu, artıq bir neçə uğurlu, sırf Avropa filmi çəkən gənc fransız rejissoru Rebekka Zlotovskinin üçüncü lentidir. Onun “Planetarium filmində qadına lazım olan hər şey var – 30-cu illərin Parisi, Monmartrın damları, bulka ilə isti qəhvə, spiritizm seansları və sirr. Baş rolda isə Natali Portman oynayır.
Premyera dekabrın 1-də olacaq.
7. Uşaqlar və böyük uşaqlar üçün
Pul hamıya lazımdır, xüsusən də afrikalı uşaqlara və “Ulduz müharibələrinin hüququnu alan “Disney studiyasına.
“Rogue One (“Yaramaz bir) “Ulduz müharibələri franşizasının yeni filmidir, əslində indən belə onun hər il yeni filmi çıxacaq. Ötən il dünya “The Force Awakens (“Gücün oyanması) filmini gördü, rejissor rolunda çıxış edən C.C.Abrams əslində filmin birinci seriyasının (1977-ci il buraxılışı) rimeykini yaratdı, Lük Skayuokerin yerində isə biz daha bir Zığ-zığ masqaraçını görürük.
Yeni filmin rejissoru iki il əvvəl “Qodzilla filminin rimeyki ilə tanınan Qaret Edvardsdır. Bəstəkar kifayət qədər tanınmış Mayk Cakkinodur. Bir də növbətir Zığ-zığ masqaraçını başqa bir əfsanəvi Felisiti Consun simasında görəcəyik.
Premyera dekabrın 15-də olacaq. Ən azı “Ulduz müharibələri olduğu üçün buna baxmağa dəyər.
8. Ancaq uşaqlar üçün
Tammetrajlı “Moana cizgi filmi yekəpər maori döyüşçüsü və bir yığın ikinci dərəcəli heyvan personajları ilə birlikdə itmiş valideynlərinin axtarışına çıxan və Sakit okeanda adadan adaya səyahət edən polineziyalı qızdan bəhs edir.
Premyera dekabrın 1-də baş tutacaq.
9. Komediya
Həmişə Yeni il ərəfəsində komediyalar (yaxşı komediyalar!) sarıdan qıtlıq olur.
Yox, əlbəttə, “Yolkalar filminin yeni hissələri çıxır. Amma ölüm bundan yaxşıdır. Pis halda (ən pis halda) premyerası dekabrın 22-də olan “Bad Santa (“Pis santa) filminin davamına baxmaq olar.
10. Sadəcə yaxşı film
Son yeddi ildə ilk dəfə Emir Kusturitsa rejissor kreslosuna qayıdır və bizə müharibə dövründə yaşanan sevgi haqqında film ərməğan edir. Müharibə Bosniyada baş verir, baş rolları isə Kusturitsanın özü və Monika Beluççi paylaşır.
“Saman yolu ilə filmi dekabrın 15-də ekranlara çıxacaq.