Boksçuya tale yüklü şapalaq
Bu gün, yanvarın 7-də peşəkar boksda Qeyzli Buğa ləqəbi ilə tanınan Vaxtanq Darçinyanın 40 yaşı tamam olur.
Vanadzor şəhərindən olan Vaxtanq Darçinyanı 2000-ci ildə az adam tanıyırdı. Həmin ildə Vaxtanq Ermənistanı Sidneydəki Olimpiya oyunlarında təmsil etdi. 24 yaşlı idmançı beşinci yeri tutdu.
Buna qədər o dörd qat Ermənistan çempionu (1997-2000), Avropa çempionatının (1998), Dünya kuboku (1998) və Xoşməramlı oyunların mükafatçısı (1998) olub.
Olimpiya oyunlarından dərhal sonra Avstraliyanın peşəkar boks klublarından biri idmançıya Avstraliyada qalmaq və peşəkar boksla məşğul olmaq şərtiylə müqavilə bağlamağı təklif etdi.
Təklif idmançını seçim qarşısında qoydu: vətənə qayıtmaq yoxsa Avstraliyada qalmaq. Onun məşqçisi Vazgen Badalyan qayıtmağı və qarşıdan gələn dünya çempionatında iştirak etməyi məsləhət gördü:
“Mən ona dedim, Vaxtanq, qabaqdan dünya çempionatı gəlir, gəl sən orada iştirak et, sonra nə edəcəyinlə bağlı bir qərar verərsən. Əslində, mən böyük riskə getdim, çünki belə alına bilərdi ki, o qayıdardı, sonra da onu buraxmazdılar.
O mənə qulaq asıb, gəldi, amma Ermənistan Boks Federasiyasının rəhbərləri qərar verdilər ki, bu idmançı onlara artıq lazım deyil. Və açıq şəkildə bildirdilər ki, növbəti Olimpiya oyunlarında onun 28 yaşı olacaq, onlarsa daha gənc idmançılarla işləmək istəyirlər.
Bu cür münasibətdən inciyən Vaxtanq qayıtmağına görə peşman olur. Məşqçisi ona ürək-dirək verir: “Mən ona dedim, eybi yox, oğlun, Ermənistanda səni qəbul etmirlərsə, çıx get.
Vaxtanq da özünə, Ermənistana və bütün dünyaya daha çox şeyə qadir olduğunu sübut etmək üçün çıxıb getdi. O Ermənistan Boks Federasiyasından incik getsə də bu ona bütün döyüşlərində erməni bayrağı altında çıxış etməyə mane olmadı.
Tezliklə Vik Avstraliya çempionu oldu, məhz onda da idman cəmiyyəti ona Qeyzli Buğa döyüş ləqəbini verdi. 2004-cü ildə o IBF versiyasında dünya çempionu oldu. Bu qələbə Ermənistana ilk peşəkar çempion bəxş etdi. Bir qədər sonra o IBO versiyası ilə kəmər, daha sonra isə WBC, WBA versiyaları ilə kəmərlər qazandı. İllər ötəndən sonra o bu kəmərləri itirsə də, məşqçi yenə də öz tələbəsiylə qürur duyur, boksçu isə çempion adları uğrunda mübarizəni davam etdirməyə hazırdır.
Peşəkar boksdakı 15 il ərzində idmançı 51 oyun keçirdi, bunlardan 42-ni qələbə ilə bitirdi, onlardan da 31-ni nokautla.
Artıq bir neçə ildir ki, idman şərhçilərinin rinqdən getmək vaxtının çatması haqqında danışmalarına baxmayaraq, 40 yaşlı idmançı idman arenasını tərk etmək niyyətində deyil.
Boksa sevgi Vikdə 5 yaşından yaranıb. 1983-cü ildə, onun 7 yaşı olanda Viki artıq idman zalına gətirdilər.
Vikin birinci məşqçisi olan Vazgen Badalyan xatırlayır: “O çox balacaydı və mən dedim ki, onu qəbul edə bilmərəm. Atası oğlunun idmanı çox sevdiyini dedi və onun nəhayət sakitləşməsi üçün qəbul etməyiyimizi xahiş etdi. Badalyan deyir ki, Viki ilk baxışdan balaca dinozavra bənzətdi: “O, möhkəm, qaşqabaqlı uşağıydı, mən onda daxili impuls hiss etdim. Başqalarından çox fərqlənirdi. 7 yaşında artıq idmançıya xas qaməti varıydı.
İndi də Vaxtanq həyatını idmansız təsəvvür etmir. Bir neçə ay əvvəl o müsahibələrindən birində dedi:
“Bütün dünyaya sübut etmək istəyirəm ki, yaşın heç bir mənası yoxdur. Əsas olan yaş deyil, motivasiya və qələbə qazanmaq istəyidir.
İdmançını yubileyi münasibətiylə təbrik edir və qələbə qazanmağını arzu edirik!