Batumidə binanın uçması ilə əlaqədar üç nəfər həbs edilib. 8 nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb
Batumidə binanın uçması ilə əlaqədar üç nəfər həbs edilib. 8 nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb
Batumidə yaşayış binasının uçması ilə əlaqədar üç nəfər həlak olub
Yenilənmə, 14.00.
Xilasedicilər daha bir nəfərin meyidini dağıntılar altından çıxarıb. Ötən axşam dağıntılar altından çıxarılan 36 yaşlı qadın isə xəstəxanada vəfat edib. Beləlikıə də, Batumidə yaşayış binasının uçması nəticəsində qurbanların sayı səkkiz nəfərə çatıb. Dağıntıların təmizlənməsi və ən axı iki nəfərin axtarışları davam edir.
Oktyabrın 8-də Gürcüstanın dənizkənarı Batumi şəhərində altımərtəbəli yaşayış binasının uçması nəticəsində ikisi uşaq olmaqla altı nəfər həlak olub. İki nəfəri xilasedicilər sağ çıxara bilib, onlar xəstəxanaya yerləşdiriliblər. Dağıntılar altında daha üç nəfərin qaldığı ehtimal olunur. Xilasetmə işləri bir sutkaya yaxındır ki, fasiləsiz davam edir.
DİN-in informasiyasına görə, üç nəfər mənzillərin birində təmir işləri zamanı təhlükəsizlik qaydalarını kobud şəkildə pozması ittihamı ilə üç nəfər həbs edilib. Məhz bu təmir işlərinin binanın uçmasına səbəb olduğu ehtimal edilir. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə cimayət işi açılıb. Bu ittiham 2 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Yerli “Batumelebi” nəşri yazır ki, 2021-ci il oktyabrın 8-də uçan binanın sakini vətəndaş Zaur Budatov oktyabrın 4-də ona məxsus məzilin və altındakı zirzəminin birləşdirilərək vahid məkan kimi qeydiyyatdan keçirilməsi üçün dövlət xidmətinə müraciət edib.
Bu, 26 may küçəsi, 13 ünvanında, Memed Abaşidze və Kldiaşvili küçələrinin kəsişməsində yerləşən binadır.
Qeydiyyat prosesi dayandırılıb, çünki Budatov lazımi sənədləri, o cümlədən də bütün bina sakinlərinin yazılı razılığını təqdim etməyib.
Batumi meriyası rəsmi şəkildə bildirib ki, bu binada tikinti və ya geniş miqyaslı təmir işlərinə icazə verilməyib.
Amma qonşular bildirirlər ki, bu zaman həmin məkanda artıq təmir işləri gedirdi. Anonim mənbə “Batumelebi” nəşrinə bildirib ki, bu işlər zamanı zirzəmi xeyli genişləndirilib. Oradan böyük həcmdə torpaq çıxarılıb, bir və ya bir neçə konstruksiya sökülüb.