Bakıda su problemi həll olmasa da, binaların damından çənlər sökülür
Paylaşmaq
Paylaşmaq
Bakıda insanların ana xətdən su gəlmədiyi zaman istidafadə etməkdən ötrü ehtiyat üçün su topladığı çənlər çoxmərtəbəli binaların damından sökülür. Məmurlar bunu liftlərin dəyişdirilməsi və damların təmiri ilə izah edirlər.
Su çənləri bakılıların nəyinə lazımdır?
Bakıda su təchizatı ilə bağlı problemlər var. Bəzi rayonlarda su gün ərzində ancaq bir neçə saat gəlir. Bəzi rayonlarda isə su daimi olsa da, tez-tez kəsilir və zəif təzyiqlə verilir.
Buna görə də vətəndaşlar binaların damlarına və ya şaxtaya böyük çən qoyurlar. Bu çənlər su xəttinə qoşulur, çox vaxt isə əlavə olaraq nasos da quraşdırılır ki, çənə yığılan suyu normal təzyiqlə istifadə etmək mümkün olsun.
Niyə çənləri sökürlər?
Kommunal xidmət məmurları bunu çoxmərtəbəli binaların damlarını təmir edəcəkləri və köhnələrinin yerinə yeni müasir liftlərin quraşdırılacağı ilə izah edirlər.
Məişət Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayevin sözlərinə görəsu çənlərinin çoxu damlarda lift şaxtalarının üzərində quraşdırılıb və mane olur.
Bakı sakini Svetlana Krasnovaya da eyni izahat verilib.
“Bizim evimizdə çənlər söküləndən bəri bir ay keçib. Hər gecə su kəsilir, damı heç kim təmir eləmir, lift dəyişilmir”, – o şikayətlənir.
Arzu Xəlilovanın yaşadığı beşmərtəbəli binada lift ümumiyyətlə yoxdur. Amma onun və qonşularının çənləri də heç bir izahatsız sökülüb. Belə hallar daha bir versiyanın yaranmasına səbəb olub: çənlər şəhərin görkəmini korladıqları üçün onları sökürlər.
Digər bir versiyaya görə, damlardan çənlər artıq lazım olmadıqları üçün yığışdırılır: yaxın zamanda bütün şəhər fasiləsiz və yüksək təzyiqli su ilə təchiz olunacaq.
“Azərsu” Dövlət Şirkəti bunu artıq çoxdan vəd edir, amma hələlik vədə əməl olunmayıb. Düzdür, “Azərsu” sözçüsü Anar Cəbrayıllı bildirir ki, çənlərin sökülməsi onların səlahiyyətinə daxil deyil.
İlk dəfə damlardan çənlərin yığışdırılması haqda hələ yarım il əvvəl danışmağa başlayıblar. Amma yay gələndən sonra problem aktuallaşıb.