Bakıda İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Paylaşmaq
Paylaşmaq
Mayın 22-də Bakı Olimpiya Stadionunda 4-cü İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Müxtəlif ölkələrin atletləri İslam dünyasının həmrəyliyini nümayiş etdirərək ümumi kolonna ilə keçiblər.
İslamiadada 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanaraq komanda hesabında qeyri-rəsmi qalib olub. Türkiyə hamıdan çox, ümumilikdə 195 dənə medal əldə edib və medalların sayına görə birinci yeri tutub. Üçüncü nəticəni İran göstərib.
İslamiada Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bağlanış mərasimində bildirib ki, bu oyunları keçirərək “Azərbaycan növbəti dəfə tarixi qələbəyə nail olub”.
Növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyəyə ötürülüb.