Bakıda güclü yanğın ticarət mərkləzini məhv edib və bazara keçib
Paylaşmaq
Paylaşmaq
Foto: www.ona.az
Bakının Nizami rayonunda, “vosmoy bazarı” adlanan ərazidə martın 26-da səhər vaxtı güclü yanğın baş verib. İnsanlar təxliyyə edilib. Həlak olan yoxdur. On nəfərdən artıq tüstüdən zəhərlənən şəxs var. Eyni zamanda, bir neçə xilasedici xəsarət alıb.
Alov ticarət mərkəzinin binasını tamamilə yararsız hala salıb. Yanğınsöndürən maşınlardan əlavə alovun FHN-in bir neçə vertolyotu tərəfindən söndürülməsinə cəhdlərə baxmayaraq, yanğın bazara da keçib. Alovu böyük əziyyətlə lokallaşdırmaq mümkün olub. Lakin onun tam söndürülməsinə bir neçə saat sərf edilib.
İlkin versiyaya görə, hər şey yaxınlıqdakı qəlyanaltıda baş vermiş partlayışdan başlayıb. Elə bu da alkopanla – tez alışan materialla üzlənmiş ticarət mərkəzində yanğın törədib.
FHN yanğından mühafizə xidmətinin qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, binada yanğın təhlükəsizliyi qaydalarına riayət edilməyib.
Keyfiyyətsiz və yanar üzlük materialları əvvəllər də Bakıda yanğınlara səbəb olub. Bunlardan ən irisi 2015-ci ilin may ayında baş verib – o zaman çoxmərtəbəli evin yanması nəticəsində beşi uşaq olmaqla 15 nəfər həlak olmuşdu.