Hakimiyyət iki sutka ərzində qəzanın öhdəsindən gələ bilmirdi " />

Azərbaycanda enerji apokalipsisi foto, hekayə və şərhlərdə

Hakimiyyət iki sutka ərzində qəzanın öhdəsindən gələ bilmirdi

Mingəçevir İstilik Elektrik Stansiyasında yanğın iyulun ikisindən üçünə keçən gecə baş verib. Məmurların hər şeyin nəzarət altında olması və “bərpa işlərinin aparılması” barədə bildirdiklərinə  baxmayaraq, növbəti iki gün ölkədə xaos hökm sürürdü – nə işıq, nə də su yox idi, metro və işıqforlar işləmirdi.

Gəlin, şəhərə çıxıb, Bakının “enerji apokalipsisindən” iki sutka sonra necə göründüyünə baxaq və insanların küçələrdə, sosial şəbəkələrdə dediklərini dinləyək.

Facebook:

«Apokalipsis davam edir.

Metro işləmir, dayanacaqlarda qələbəlikdir, insanlar işə gedib çıxa bilmir. Avtobuslar pulsuzdur (əksəriyyəti), amma onlara minmək mümkün deyil. Taksi sürücülərində bayramdır, gözlərini belə qırpmadan sevinclə gediş haqqını birə beş artırırlar və deyəsən, nəyi düz eləmədiklərinin fərqində deyillər belə».

Metronu günün ikinci yarısı işə salsalar da, dünənki qəfil dayanmadan və insanlar stansiyaya tunelin içi ilə getməyə məcbur olandan sonra heç kim yerin altına düşməyə can atmır. İşığın yenidən sönməyəcəyinə heç bir zəmanət yoxdur.

Hardasa səkkiz yaşında olan qız turniketin qabağında anasının əlindən sallanıb, ağlayır və metroya düşməyə qorxduğunu deyir. Qadın bir az düşünəndən sonra, onunla razılaşır və çıxıb gedirlər.

Adətən günün bu vaxtında dolu olan Dərnəgülə gedən metro vaqonunda hətta boş oturacaq yerləri də var.

Facebook:

«Tərdən yapışqan vəziyyətdə yatmalı olduq, çünki işıq da yox idi”.

Hətta Bakı üçün belə cəhənnəm istisidir, buna da elə bir əziyyət əlavə olunur ki, özünü istər-istəməz süjetə görə elə bu an müxtəlif fəlakətlərin başlayacağı fantastik filmin qəhrəmanı kimi hiss etməyə başlayırsan».

Qeyri-adi isti hava artıq bir həftədir ki, davam edir. Ölkə üzrə orta temperatur 43 dərəcəyə qədərdir. Belə günlərdə bakılılar evdən çıxmır və kondisionerin altında günlərini keçirirlər, çünki küçəyə çıxmaq təhlükəlidir.

Niyə iyulun 3-də işıqdan sonra suyun da kəsildiyi əvvəlcə aydın deyildi. Sonra izah etdilər ki, Ceyranbatan gölündə təmizləyici qurğular sıradan çıxıb.

«Azadlıq» prospektində maşınyuma məntəqəsində iş gedir. Oğlandan suyun nə vaxt verildiyini xəbər alıram. “Verməyiblər”, – cavab verir. – “Su bakdan gəlir. Qənaət etməyə çalışırıq ”

Facebook:

«3 gündü suyumuzu, işığımızı kəsiblər. Sağolsunlar lütf eləyib bu gün avtobusları ödənişsiz eləyiblər. Hökümətimizin belə incəliyinə gözlərim yaşardı lap».

«Pulsuz» avtobuslarda (insanların metro qarşısında qorxusunu nəzərə alsaq) pik saatlarında dəhşətli basırıqdır. Şəhərin mərkəzindən Koroğlu stansiyasına gedən avtobusda – bu isə təxminən yarım saatlıq yoldur – hamı son dayanacağa qədər gedirdi, buna görə də aradakı dayanacaqlarda avtobusa cəmi iki-üç nəfər soxula bildi.

Sərnişinlər istini və suyun olmamasını müzakirə edirdi – “necə duş qəbul etmək istəyirəm, üç gündür, çimmirəm” – və ən müxtəlif şayiələr, o cümlədən də elektrik generatoru olmayan xəstəxanalarda istidən neçə nəfərin ölməsi barədə (Səhiyyə Nazirliyi isə artıq dünən bildirib ki, belə hadisələr olmayıb və xəstəxanalardakı generatorlar işləyir).

Dəqiqəbaşı öz tərini silən yaşlı qadın yanında duran gənc qıza müraciətlə: “Salfet istəyirsən? Qorxma, pulsuzdur”.

Facebook, «Доска объявлений» (“Elanlar lövhəsi”) qrupu:

«Bu gün metronun işləmədiyinə görə, pulsuzdur, İki nəfəri “Ukrayna dairəsi”ndən “28 may” metrosuna qədər aparıram. Qadınlar olsa, daha yaxşıdır».

Daha bir sui-qəsd versiyası – İES-da yanğını erməni təxribatçıları təşkil edib. Bu versiya işıq sönən zaman  Flame Towers binalarında Azərbaycan bayrağının əvəzinə Ermənistan bayrağının göründüyü foto və videolar yayılandan sonra yaranıb. Bu versiya şayiələrdən başqa heç nə və heç kim tərəfindən təsdiq olunmur.

disput.az forumu:

«Yarım il lüt gəzirdiz, şortikdə, minidə, Allah da sizi cəzalandırdı – işıqsız, susuz qaldız. Hələ bu harasıdır, ay kafirlər. Şortik yerinə uzun yubka geyinin. Koran oxuyun».

Taleh Şahsuvarlı, jurnalist:

“Dostlar, başa düşürük, hava istidir. Onu da bilirik ki, işıq kəsintisi həyata ciddi təsir göstərir. Bax, bizim evdə də hazırda elektrik kəsilib. Amma anlamaq lazımdır ki, bu qəzadır. Qəza baç verib və onu aradan qaldırmaq üçün tədbirlər görülür”.

Apokalipsis, 1-ci gün, 3 iyul. İşığı kəsiblər, metronu bağlayıblar. İnsanlar metro qarşısındaki meydana çıxıb, evə getmək üçün yollar axtarır. Foto: Orxan Abbasov

Facebook:

«Sabah istidə tuneldə qala və ya generatoru olmayan xəstəxanada ola bilərsiz. İnanmıram ki, onda pulu oğurlayan və həyatınızı təhlükəyə atanlara bəraət qazandırmaq istəyəcəksiz. Bəsdir, totalitar cəmiyyətin qaydaları ilə yaşadız».

Sosial şəbəkələrdə hesabı olmayan qız:

“Belə çıxır ki, kimsə bizə hücum etmək istəsə, cəmi bir partlayış kifayət edəcək?”

Facebook:

«Tbilsi: metro sürücülərin tətilinə görə işləmirdi. Bakı: metro ölkə eneji sisteminin qeyri-müəyyən vəziyyətinə görə işləmir. P.S. 500 kilometr və belə bir fərq! Gününüz xoş olsun!»

Facebook, «Доска объявлений» (“Elanlar lövhəsi”) qrupu:

«Bakının işıqsız və susuz qalmasına səbəb olan bütün fiziki və hüquqi şəxsləri hal hazırda var gücümlə YAD edirəm!»

Facebook Comments