Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs ‘İmam Hüseyn’ meydanına toplaşıb.
APA-nın hazırda Nardaranda olam əməkdaşı xəbər verir ki, onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.
‘Azadlıq’ radiosunun əməkdaşı Turxan Qarışqa ‘Facebook’ səhifəsində yazıb: ‘Etirazçılar Molotov kokteyli hazırlayır. Hazırda meydanın mərkəzində butulkalara nöyüt tökülür. Kəndə girən yollara daş, dəmir tökülüb. Böyük etiraza hazırlaşırlar. Polis gözə dəymir’.
Radikallar qəsəbə sakinlərini də onlara qoşulmağa tələb edilər.
Bakinın Nardaran qəsəbəsində növbəti dəfə yerli sakinlərlə polisin toqquşması baş verib. Azadlıq radiosu xəbər verir ki, 3№-li klinik xəstəxana yaralıların sayını demədən gəlmələrini təsdiq edir. İki nəfər öldürülənlərdən və islamçı hərəkətinin lideri Tale Bağırovun və bir neçə adamın saxlanılmasından məlumat var. APA agentliyi xəbər verir ki, keçirilən hansısa əməliyyat zamanı polisə müqavimət göstəriblər, həlak olmuş adamların biri polis işçisi idi. Prokurorluq hələki heç bir rəsmi bəyanat verməyib.
Hal hazırda, Bakı vaxtı ilə 16.00-da, yerli sakinlər İmam Hüseyn meydanında toplaşır.