Rütubətli küləklə müşayiət olunan Bakı qışını sağ-salamat başa vurmaq üçün dayanmadan içmək mütləq deyil, amma hansısa xüsusi qış içkilərinə hər halda ehtiyac var. Bir gün biz nar arağı və Azərbaycan çaxırları haqqında da xoş sözlərimizi deyəcəyik, indisə məşhur isti kokteylin yerli variantı haqqında danışaq.
Şərti adı “Xəzri (Bakının zəhlə tökən şimal küləyi belə adlanır) olan qroq ənənəvi “dəniz qroqunun modifikasiyası sayılır. Vikipediyaya inansaq, ingilis donanmasının gəmilərində bu içki üçün romu 1:4 proporsiyasında suyla qarışdırırdılar. “Xəzri 2012-ci ildə hardasa Bakının ədəbiyyata yaxın bogemasının içində yaranıb. Bu içki ancaq soyuqdəyməni aradan götürmək üçün deyil, o həm də ümidsizlik və apatiyadan da müalicə edir. Rom da müvafiq olaraq 1:2 proporsiyasında qarışdırılır.
İngredientlər
Ağ rom – 0,5 litr Su – 1 litr Limon – 1 dənə Hil, mixək, şəkər, bal dadına görə.
Hazırlanma qaydası
Qazanda vam odda limon sedrası (bir limonun), mixək (3-4 dənə) və hil toxumu (4-5 dənə) əlavə olunan su qaynadılır. Su qaynamağa başlayandan sonra şəkər, bal və bir balaca limonun şirəsi əlavə olunur. Şəkər və bala gəlincə onları bir az artıq eləmək, bir stəkan da su əlavə etmək olar ki, nəticədə qadın içkisi alınsın. Bütün alınan məhlul qaynara salınır, sonra rom əlavə edib, bir az qızdırmaq lazımdır, amma qaynatmaq olmaz. Sonra içkinin qapağını örtüb, odun üstündən götürmək və 10-15 dəqiqə saxlamaq lazımdır. Limonla içilir.
Dadı
“Xəzri kifayət qədər “sərt içkidir. Onu çox isti içmək lazımdır, çünki onun mahiyyəti və məqsədi alkoqol buxarının içinə çəkilməsini tələb edir. Acı ədviyyatlı dadı var, onun dadını tam mənada qiymətləndirmək üçün soyuduqca necə dəyişdiyini izləmək lazımdır. “Xəzrini yaxın dostlarla birlikdə içmək lazımdır, amma birinci qədəhi içib bitirənə qədər söhbətə başınız qarışmasın.
Təsiri
İlk növbədə, hərəkətdə olmaq istəyi yaranır. Əvvəlcə siz hər şey haqqında çox və həvəslə danışacaqsız. Əgər yuxarıda qeyd edilən həmin o dostlarınızın əhatəsində heç nəyi dəyişmək və təşkil etmək mümkün deyilsə çox güman ki, siz gəzməyə çıxmaq istəyəcəksiz. Əyninizi isti geyinin. Qroqdan sonra nasazlıq adətən olmur, əlbəttə ki, əgər siz bir dəfəyə iki litr içməmisizsə. Buna görə də hər şey xoş gəzinti və dərin yuxuyla nəticələnəcək.