Bərdə şəhərinə raket hücumları: izlər yalnız divarlarda qalmayıb - VİDEO
İkinci Qarabağ müharibəsi günlərində Azərbaycanın Bərdə şəhəri iki dəfə erməni silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombaları ilə bombardmana məruz qalıb. Bu hücumların nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb, əmlak ziyan görüb. Həmin raket zərbələrinin izləri hələ də qalmaqdadır və yalnız divarlarda deyil.
- Azərbaycanın Bərdə şəhərinə raket hücumu: 21 ölü, 60-a yaxın yaralı
- Qarabağ münaqişəsi zonasında qadağan olunmuş kasset bombaları – HRW və Amnesty International
- “Ciddi proseslər baş verir və bu, Ermənistanın xeyrinə deyil” – eks-prezident Robert Koçaryan
JAMnews-un çəkiliş briqadası 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi günlərində raket hücumlarına məruz qalmış Bərdə şəhərində olub.
Həmin bombardmanların izləri hələ də müxtəlif binaların və tikililərin divarlaırnda qalmaqdadır. Bombaların düşdükləri yerlərdə asfaltlardakı çuxurlar hər yerdə qaydasına salınmayıb. Lakin 27 dinc sakinin həyatına son qoymuş həmin hücumların daha dərin izləri yerli sakinlərin yaddaşına həkk olunub.
Həmin günlərdə yaralananlardan bəziləri hələ də müalicə olunur. Biz bütün dünyada qadağan edilmiş, lakin bir il əvvəl erməni silahlı qüvvələri tərəfoindən istifadə edilmiş kaset bombalarının qəlpələri ilə yaralanmış uşağın ailəsi ilə də görüşdük.