İranda iki hücum nəticəsində azı 12 nəfər həlak olub. Hücumlardan biri parlamentdə, digəri ayətulla Xomeyinin mavzoleyində baş verib.
İran KİV-i xəbər verir ki, hüquq müdafiəçiləri parlamentə hücum çəkən 4 nəfəri öldürüblər.
“Kalaşnikov” avtomatları ilə silahlanmış, qadın libasında olan şəxslər bu gün səhər İranın qanunverici orqanına mərkəzi girişdən keçiblər.
Buna paralel olaraq, yerli vaxtla saat 10:40-da islam respublikasının banisi ayətolla Xomeyinin mavzoleyində atəş açılıb. Hücum çəkənlərdən biri özünü partladıb. İkincisi hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən öldürülüb.
Hücuma görə məsuliyyəti öz üzərinə “İslam Dövləti” götürüb. Bu, təşkilat tərəfindən İranda həyata keçirilən birinci terror aktıdır. Və ümumiyyətlə terrorçu-kamikadze tərəfindən törədilən ilk terror aktıdır.
BBC-nin Tehrandakı müxbiri xəbər verib ki, iranlılar baş verənlərdən şokdadır, çünki həmişə fəxr ediblər ki, 1979-cu il islam inqilabından sonra İran qonşularından fərqli olaraq, nisbətən təhlükəsiz dövlət nüfuzu ilə qürurlanıb.